BDU nun komandası ICPC nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) komandası 50-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universitetinin və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən və 22 ali təhsil müəssisəsindən 157 komandanın yarışdığı müsabiqənin təsnifat mərhələsində BDU komandası ən yüksək – II dərəcə ilə qiymətləndirilib.
Belə ki, komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə əsasən, 63 komanda ICPC-nin Azərbaycan üzrə final mərhələsinə çıxıb.
Qeyd edək ki, regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar cari il dekabrın 15–17-də Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 50-ci ICPC-nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















