BDU nun iki komandası ICPC nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
525.az saytına istinadən Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) “BSU 1” və “BSU 2” komandaları 51-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan finalında uğurla çıxış edərək yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin yekun nəticələrinə əsasən, “BSU 1” komandası III dərəcəyə layiq görülüb.
BDU-dan 525.az-a bildirilib ki, Azərbaycan Texniki Universitetinin ev sahibliyi ilə keçirilən Azərbaycan finalı ICPC-nin qlobal 1/4 final mərhələsi hesab olunur. Yarış ICPC Azərbaycan İcması, Azərbaycan Texniki Universiteti, ADA Universiteti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrindən ibarət “BSU 1” komandasını Mirağa Əliyev, Fuadxan Səfərov və Şəhrud İsmayılov, “BSU 2” komandasını isə Elşən Məhərrəmov, Mehdi Məmmədov və Kənan Sadıqlı təmsil ediblər. Komandaların məşqçiləri İsmayıl Zeynalov, Nihat Qəribli və Emil Hüseynovdur. Qazanılan bu uğur sayəsində hər iki komanda 2026-cı ilin dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Şimali Avrasiya finalında (ICPC-nin qlobal yarımfinal mərhələsi) və Cənubi Qafqaz Açıq Çempionatında (OCSC) ölkəmizi və BDU-nu təmsil etmək hüququ əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Noyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















