Icma.az
close
up
RU
BDU nun nümayəndə heyəti “QS EduData Summit 2025” tədbirində iştirak edir

BDU nun nümayəndə heyəti “QS EduData Summit 2025” tədbirində iştirak edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4–5-də Sinqapur Respublikasının paytaxtı Sinqapur şəhərində Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Quacquarelli Symonds” (QS) Agentliyinin təşkilatçılığı ilə keçirilən “EduData Summit-2025” beynəlxalq tədbirində iştirak edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sammit ali təhsil sahəsində məlumatların idarə olunması, böyük məlumatların analizi və təhsil analitikası üzrə dünyanın nüfuzlu tədbirlərindən biridir. Tədbir hər il dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, strategiya üzrə mütəxəssisləri, informasiya texnologiyaları üzrə rəhbərləri, data analitiklərini və təhsil innovatorlarını bir araya gətirir.

Builki sammitin əsas məqsədi məlumatların yalnız toplanılması və ölçülməsi ilə kifayətlənməyib, onların düzgün şəkildə analizi, digər sahələrlə əlaqələndirilməsi və gündəlik idarəetmədə effektiv istifadəsi yollarını müzakirə etməkdir. Tədbirdə təhsildə məlumat ekosisteminin yaradılması, performansın daha dərindən başa düşülməsi, ağıllı tələbə qəbulu strategiyaları və tədris prosesində yeni metodların tətbiqi əsas müzakirə mövzuları olacaq. Sammit çərçivəsində “Ağıllı işə qəbul: səfər xəritəsini müəyyənləşdirmək üçün təyinatı anlamaq”, “Performansı anlamaq” və “Tədris və öyrənmə üçün yeni üsullar” kimi sessiyalar keçiriləcək.

QS tərəfindən təşkil olunan bu nüfuzlu beynəlxalq tədbirdə iştirak BDU-nun məlumat əsaslı idarəetmə modelinin təkmilləşdirilməsi, beynəlxalq trendlərlə tanışlıq, qabaqcıl təcrübələrin öyrənilməsi və universitetin dünya reytinqlərində mövqeyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sammitdən əldə ediləcək bilik və təcrübə, həmçinin beynəlxalq tərəfdaşlıq imkanları BDU-nun rəqəmsal transformasiya, keyfiyyətin artırılması və innovativ yanaşmaların tətbiqi strategiyasına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri