Icma.az
close
up
RU
BDU nun tələbələri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar

BDU nun tələbələri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) magistratura təhsil pilləsinin “Transmilli cinayət hüququ" ixtisaslaşması üzrə “Transmilli cinayət-axtarış hüququ” fənni və “Cinayət hüququ və kriminologiya” ixtisaslaşması üzrə “Cinayətlərin tövsifinin nəzəri əsasları” fənni üzrə I kurs tələbələri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks hüquqi və institusional tədbirlər, o cümlədən korrupsiya cinayətlərinin qarşısının alınması, profilaktik və maarifləndirici fəaliyyətlərin təşkili, ictimai nəzarət mexanizmlərinin tətbiqi, vətəndaşların hüquqi şüurunun artırılması istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat verib.

İdarə rəisi, eyni zamanda, Baş İdarənin əməliyyat-axtarış fəaliyyəti, onun hüquqi əsasları və praktik tətbiq mexanizmləri barədə danışıb.

Bildirilib ki, Baş İdarənin əməliyyat-axtarış fəaliyyəti korrupsiya xarakterli hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və istintaq üçün sübutların toplanması məqsədilə həyata keçirilir. Əməliyyat-axtarış fəaliyyəti zamanı konstitusion prinsiplərə əməl edilməsi və qanunçuluğun qorunması idarənin fəaliyyətində əsas prioritetlərdəndir.

Sonda tələbələrin sualları cavablandırılıb, onlara praktiki məsələlərlə bağlı geniş məlumat verilib və hüquq mühafizə orqanlarında işləmək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri