Icma.az
close
up
RU
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib AZƏRTAC

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə çıxış edən Kamran Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən etibarən korrupsiya kimi mənfi tendensiyaların yolverilməzliyini bəyan etməsini və ona qarşı qətiyyətlə mübarizə aparmasını diqqətə çatdırmaqla yanaşı, korrupsiyaya qarşı mübarizənin müstəsna dərəcədə vacibliyinin daim Prezident İlham Əliyevin çıxışlarında xüsusi vurğulanmasının, habelə bu sahədə hüquq münasibətlərini tənzimləyən normativ bazanın müntəzəm şəkildə təkmilləşdirilməsinin mövcud siyasi iradənin göstəricisi olmaqla effektiv icraetmənin qarantı olduğunu bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə sosial sahədə həyata keçirilən bir sıra islahatlar ölkə vətəndaşlarının rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həmin sahədə korrupsiya hallarına son qoyulması ilə nəticələnib. Hazırda fəaliyyəti ilə bir sıra ölkələrin diqqətini üzərinə cəmləşdirmiş və dünyada Azərbaycan məhsulu kimi qəbul edilmiş “ASAN xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyətləri bu mənada xüsusi vurğulanıb.

Baş prokuror, həmçinin xüsusi qeyd edib ki, qiyabi icraat və üzərinə həbs qoyulmuş əmlakın idarə olunması kimi mütərəqqi hüquqi institutların cinayət-prosessual qanunvericiliyinə əlavə edilməsi, habelə digər normativ-hüquqi aktların günün tələbinə uyğun təkmilləşdirilməsi ölkədə cinayətkarlığa və onun ən təhlükəli təzahürlərindən olan korrupsiya hallarına qarşı təsirli mexanizm formalaşdırmaqdadır.

Eləcə də prokurorluq orqanlarının da korrupsiyaya qarşı mübarizə siyasətinin subyektlərindən biri kimi onun səmərəli icrası üçün sərgilədiyi fəal mövqeyə toxunan Kamran Əliyev qurum tərəfindən əsas fəaliyyət istiqamətlərindən əlavə, milli qanunvericiliyin tətbiqi vəziyyətinin vətəndaş müraciətləri, habelə istintaq təcrübəsində müşahidə edilən tendensiyalarla əlaqəli şəkildə mütəmadi təhlil olunduğunu bildirib.

Müşavirədə diqqətə çatdırılıb ki, aparılmış təhlillərin nəticələrindən asılı olaraq bir çox məqamlarda prokuror təsir tədbirləri tətbiq edilib, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün cinayət təqibinin rəqəmsallaşdırılması, maraqlar toqquşmasının qarşısının alınması, əmlakın bərpası və digər sahələrdə normativ-hüquqi akt layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim olunub.

Eyni zamanda, vurğulanıb ki, “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti digər dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası və optimallaşdırıcı modulların əlavə edilməsi yolu ilə təkmilləşdirilməklə müasir informasiya-kommunikasiya texnologiyalarının prokurorluq orqanlarında tətbiqi prosesi sürətlənib, bu göstərici isə öz növbəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət daşıyan şəffaflıq və hesabatlılıq meyarlarını daha da möhkəmləndirib.

Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın önəmindən, bu sahədə mövcud beynəlxalq təcrübənin Baş İdarənin əməkdaşları tərəfindən mənimsənilməsi zərurətindən bəhs edərək deyib ki, digər beynəlxalq təşkilatlarla yanaşı, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti uğurla davam etdirilir. Çinin paytaxtı Pekində ötən il sentyabrın 24-27-də Şəbəkənin 5-ci Plenar Görüşündə həmin təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilib. Bundan əlavə, Şəbəkənin İdarə Komitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarının bu il mayın 19-23-də Bakı şəhərində keçirilməsi qərara alınıb.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, həmin dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10296 müraciətinə baxılıb.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri qismində müxtəlif qurumlara 185 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.

Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1049 vətəndaşın müraciəti dinlənilib.

Həmin müddət ərzində Baş İdarədə 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda, 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin edilib.

Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu sahədə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.

Dövlətimizin başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev hesabat və məruzədə qeyd edilən göstəricilərə münasibət bildirməklə yanaşı, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mərkəzə daxil olan hər bir vətəndaş müraciətinə həssas yanaşılması, korrupsiya faktlarının artımı müşahidə edilən sahələrin müəyyən edilməsi məqsədilə aparılan təhlillərin davam etdirilməsi, bu cür halların qarşının alınmasına yönəlik qabaqlayıcı tədbirlərin icrası, korrupsiyaya qarşı mübarizə sahəsində effektiv nəticələrin əldə edilməsi üçün digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyətin davam etdirilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, vurulmuş maddi ziyanların ibtidai istintaq dövründə ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqi kimi məsələlərin diqqətdə saxlanılması, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see331

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see137

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri