Icma.az
close
up
RU
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın doqquz ali təhsil müəssisəsi arasında əməkdaşlıq sənədləri imzalanıb. Sənədlər təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, memorandumlar Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilən Azərbaycan-Özbəkistan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində imzalanıb. Sənədlər Özbəkistanın Cizzax Politexnik İnstitutu, Buxara Dövlət Pedaqoji Universiteti, Əndican Dövlət Pedaqoji Universiteti, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti, Səmərqənd Dövlət Pedaqoji İnstitutu, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti və Gülüstan Dövlət Universiteti ilə əməkdaşlığı əhatə edir.

Memorandumlar çərçivəsində professor-müəllim heyətinin, əməkdaşların və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat və təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin elmi konfransların, simpoziumların və qısamüddətli kursların təşkili, tədris və inzibati sahələrdə innovativ təcrübələrin, elmi-metodik nəşrlərin mübadiləsi, eləcə də ətraf mühitin idarə olunması sahəsində birgə tədbirlərin keçirilməsi planlaşdırılır.

Forum çərçivəsində BDU ilə Fərqanə Dövlət Universiteti arasında 2026-2027-ci tədris ili üzrə təhsil və elmi əməkdaşlığın inkişafına dair birgə Fəaliyyət Planı da imzalanıb. Fəaliyyət Planına əsasən, tələbə və əməkdaş mübadiləsinin təşkili, birgə mühazirələrin keçirilməsi, tədris proqramlarının müqayisəsi və ikili diplom proqramlarının yaradılması imkanlarının araşdırılması nəzərdə tutulur. Bununla yanaşı, birgə elmi tədqiqatların aparılması, elmi məqalələrin hazırlanması və beynəlxalq qrant layihələrində iştirakın təşviqi planlaşdırılır. Əməkdaşlığın səmərəli təşkili məqsədilə müntəzəm onlayn görüşlərin və birgə mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Forum çərçivəsində BDU-nun rektoru Elçin Babayev “Bilikdən təsirə: universitet–sənaye əməkdaşlığının və innovasiya tərəfdaşlığının gücləndirilməsi” mövzusunda panel müzakirəsində iştirak edib. Müzakirələrdə universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların praktiki nəticələrə çevrilməsi və innovasiya potensialının gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri