Icma.az
close
up
RU
BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 may, AZƏRTAC

Pakistanın Çitral Universitetinin rektoru Hazir Ullahın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qonaqlarla görüşdə BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Pakistan universitetləri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, birgə elmi-tədqiqatlar və akademik mübadilə proqramları ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Rektor qeyd edib ki, son illər BDU Pakistanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirib və qarşılıqlı əməkdaşlıq istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Görüş zamanı beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə elm və təhsil sahələrində yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər iki universitet arasında beynəlmiləlləşmə prosesinin gücləndirilməsi, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili məsələlərini müzakirə ediblər.

BDU ilə Çitral Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Daha sonra Pakistan nümayəndə heyəti BDU-nun Şərqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Qonaqlar universitetdə yeni yaradılmış “Pakistan otaqları” ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri