BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ziyarətin əsas məqsədi “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin elektronika, İT, süni intellekt və kimya mühəndisliyi istiqamətlərində peşəkar kadr hazırlığında BDU ilə birgə fəaliyyət perspektivlərinin müzakirəsi olub. Görüşdə BDU tələbələrinin “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin süni intellekt laboratoriyasında və istehsalat müəssisələrində təcrübə keçməsi və işə qəbulu ilə bağlı ilkin razılıq əldə edilib.
Eyni zamanda, BDU laboratoriyalarında Pilotsuz Uçuş Aparatlarında (PUA) istifadə olunan müxtəlif texnologiyaların araşdırılması, kompozit materialların istehsalı, ortaq elmi tədqiqatların, təlimlərin, hakaton və yarışmaların təşkili məsələləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Yanvar 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















