Icma.az
close
up
RU
BDU tələbələri Şamaxı və Qobustanda çöl tədris təcrübəsində olublar

BDU tələbələri Şamaxı və Qobustanda çöl tədris təcrübəsində olublar

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Şamaxı və Qobustan rayonlarında çöl-tədris təcrübəsində olublar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxı rayonu haqqında məlumat verilib. Qeyd olunub ki, respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi rayonu, xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlığı Şamaxıya əlverişli iqtisadi-coğrafi mövqe qazandırır. Tələbələr rayonda torpaq-landşaft komplekslərinin rast gəlinən növ müxtəlifliyi, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları barədə məlumatlarla tanış olublar.

Şamaxı rayonunun Pirqulu ərazisində dağ meşə-qonur torpaqlarda və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (QBTS) torpaq kəsimləri qoyulub. Stansiyanın direktoru biologiya elmləri doktoru Atabəy Cahangirli QBTS-də aparılan işlər, dənli taxıl bitkiləri yetişdirilən ərazinin torpaq-iqlim şəraiti ilə tələbələri tanış edib. Torpaq kəsiminin morfogenetik təsviri qatlar üzrə ətraflı izah olunub. Bu zaman genetik horizont, genetik qat, ana süxur, torpaq törəmələri və sair anlayışlar praktiki və əyani göstərilməklə tələbələrin diqqətinə çatdırılıb. Torpaq kəsimindən götürülmüş nümunələrin BDU-da fiziki-kimyəvi analizi aparılacaq.

Təcrübə ərzində torpaq-bitki örtüyünün yayılması qanunayğunluqları, çayların qidalanması rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tiplərinin, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçirilib. Şamaxı və Qobustanın fərqli ərazilərində, müxtəlif landşaftlarda atmosfer havasında ozonun, ammonyakın miqdarı, həmçinin nəqliyyat yolları yaxınlığında səs çirklənməsi, suda və torpaqda pH-ın miqdarı təyin edilib, portativ dozimetr vasitəsi ilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri