BDU nun Biologiya fakültəsinin tələbələri Qubada çöl tədris təcrübəsində
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təcrübə zamanı tələbələr çöl şəraitində elmi müşahidə metodlarını tətbiq edərək, müxtəlif bitki və heyvan növlərinin yaşayış mühitini öyrənib, bitkilərin morfoloji xüsusiyyətlərini təhlil ediblər.
Zooloji tədqiqatlar çərçivəsində müxtəlif növ canlıların areallarını müəyyənləşdirib, onların populyasiya sıxlığını müşahidə ediblər.
Təcrübə prosesi tələbələrə təbiətlə birbaşa ünsiyyət qurmaq, ekoloji tarazlığı və biomüxtəlifliyi daha dərindən anlamaq imkanı verib, onların gələcək elmi fəaliyyətləri üçün mühüm baza rolu oynayıb, eləcə də nəzəri biliklərini təcrübi fəaliyyətlə möhkəmləndirməyə imkan yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















