Icma.az
close
up
RU
BDU tələbələri üçün təlim: “Geoloji kəşfiyyat işlərində GPS dən istifadə”

BDU tələbələri üçün təlim: “Geoloji kəşfiyyat işlərində GPS dən istifadə”

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı və “BDU könüllüləri” təşkilatı “Geoloji kəşfiyyat işlərində GPS-dən istifadə” mövzusunda birgə praktik təlim keçirib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlili sektorunun aparıcı mütəxəssisi, Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının müəllimi Elfaq Məmmədov tərəfindən keçirilən təlimin məqsədi tələbələrin müasir geoloji tədqiqat metodları, ərazidə aparılan geoloji kəşfiyyat işlərində GPS texnologiyasının səmərəli tətbiqi ilə tanış edilməsi və nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsinə şərait yaratmaqdır.

Əvvəlcə təlimdə istifadə olunan “Garmin GPSMAP” cihazının texniki xüsusiyyətləri və praktik imkanları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu cihazlar ikitərəfli mətn mesajlaşma imkanı təqdim edir. İridium peyk şəbəkəsi vasitəsilə istifadəçilər dünyanın istənilən nöqtəsindən SMS və e-poçt vasitəsilə əlaqə saxlaya bilirlər. Cihaz vasitəsilə beynəlxalq axtarış-xilasetmə xidməti olan GEOS-a birbaşa SOS siqnalı göndərmək mümkündür ki, bu da təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

GPS izləmə funksiyası istifadəçiyə koordinatları real vaxtda izləməyə və marşrutları xəritədə qeyd etməyə şərait yaradır. Bundan əlavə, cihazlar “Garmin Earthmate” və ya “Explore” tətbiqləri vasitəsilə “Bluetooth” əlaqəsi ilə smartfonlarla sinxronlaşdırılır və bu da xəritələrin istifadəsini və mesajların yazılmasını daha da asanlaşdırır.

Təlim zamanı iştirakçılar GPS cihazlarının quruluşu, iş prinsipi və geoloji xəritələmə prosesindəki rolu ilə bağlı geniş məlumat əldə ediblər. Praktiki hissədə tələbələr real sahə şəraitinə uyğun olaraq koordinatların təyin olunması, məlumatların toplanması və onların xəritəyə köçürülməsi prosesində fəal iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri