Icma.az
close
up
RU
BDU tələbələri üçün təlim: “Geoloji kəşfiyyat işlərində GPS dən istifadə”

BDU tələbələri üçün təlim: “Geoloji kəşfiyyat işlərində GPS dən istifadə”

Icma.az bildirir, 525.az portalına istinadən.

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı və “BDU könüllüləri” təşkilatı “Geoloji kəşfiyyat işlərində GPS-dən istifadə” mövzusunda birgə praktik təlim keçirib.

BDU-dan 525.az-a bildirilib ki, “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlili sektorunun aparıcı mütəxəssisi, Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının müəllimi Elfaq Məmmədov tərəfindən keçirilən təlimin məqsədi tələbələrin müasir geoloji tədqiqat metodları, ərazidə aparılan geoloji kəşfiyyat işlərində GPS texnologiyasının səmərəli tətbiqi ilə tanış edilməsi və nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsinə şərait yaratmaqdır.

Əvvəlcə təlimdə istifadə olunan “Garmin GPSMAP” cihazının texniki xüsusiyyətləri və praktik imkanları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu cihazlar ikitərəfli mətn mesajlaşma imkanı təqdim edir. İridium peyk şəbəkəsi vasitəsilə istifadəçilər dünyanın istənilən nöqtəsindən SMS və e-poçt vasitəsilə əlaqə saxlaya bilirlər. Cihaz vasitəsilə beynəlxalq axtarış-xilasetmə xidməti olan GEOS-a birbaşa SOS siqnalı göndərmək mümkündür ki, bu da təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

GPS izləmə funksiyası istifadəçiyə koordinatları real vaxtda izləməyə və marşrutları xəritədə qeyd etməyə şərait yaradır. Bundan əlavə, cihazlar “Garmin Earthmate” və ya “Explore” tətbiqləri vasitəsilə “Bluetooth” əlaqəsi ilə smartfonlarla sinxronlaşdırılır və bu da xəritələrin istifadəsini və mesajların yazılmasını daha da asanlaşdırır.

Təlim zamanı iştirakçılar GPS cihazlarının quruluşu, iş prinsipi və geoloji xəritələmə prosesindəki rolu ilə bağlı geniş məlumat əldə ediblər. Praktiki hissədə tələbələr real sahə şəraitinə uyğun olaraq koordinatların təyin olunması, məlumatların toplanması və onların xəritəyə köçürülməsi prosesində fəal iştirak ediblər.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri