BDU tələbələrinin rəsədxanada istehsalat təcrübəsi başa çatıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fizika ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, təcrübə müddətində tələbələrə dərs planına uyğun olaraq əvvəlcə nəzəri biliklər tədris edilib. Tələbələrə rəsədxananın alimləri tərəfindən astronomiyanın prioritet tədqiqat istiqamətləri, Günəş sistemi, ulduzlar və onlarda baş verən proseslər, planetlər və qalaktikalar haqqında ümumi məlumat verilib.
Nəzəri hissəni tamamlayan tələbələrə rəsədxanada praktiki dərslər keçirilib. Onlara teleskoplar və digər astronomik cihazların iş prinsipi öyrədilib, tədris rəsədxananın əsas elmi-tədqiqat istiqamətləri üzrə aparılıb.
İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilərək hesabatlar tərtib edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















