Icma.az
close
up
RU
BDUda görkəmli şərqşünasalim Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir YENİLƏNƏCƏK AZƏRTAC

BDUda görkəmli şərqşünasalim Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir YENİLƏNƏCƏK AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik yubileyinə həsr edilən “Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda respublika elmi konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev görkəmli alim Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmindəki xidmətlərindən danışıb. Qeyd edib ki, Aida İmanquliyeva Azərbaycanda ilk şərqşünas qadın professor olub: “O, Şərq və Qərb mədəniyyətləri arasında yeni körpülər yaradan qiymətli əsərlər yazıb, apardığı tədqiqatlarla ölkəmizdə ərəb ədəbiyyatının tədqiqi istiqamətində yeni mərhələnin əsasını qoyub. Alimin tədqiqata cəlb etdiyi, mühüm elmi nəticələr aldığı ərəb məhcər ədəbiyyatı şərqşünaslıq elmimizdə əsl yenilik idi”.

Rektor bildirib ki, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır” deyən Aida xanımın elmi yaradıcılığı çox zəngindir. O, 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini araşdırıb, yaradıcılığı ilə Azərbaycan şərqşünaslıq elminin inkişafı tarixində parlaq səhifə açıb. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur. Aida xanım elmi fəaliyyəti dövründə bir sıra sanballı əsərlər yazıb, eyni zamanda, respublikamızda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfranslarda yüksək elmi səviyyəsi ilə seçilən məruzələrlə çıxış edib. Onun tədqiqat əsərləri və məruzələri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, əsərlərinə çoxsaylı istinadlar olunub. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçidən direktor vəzifəsinə qədər yüksələn alim fəaliyyəti dövründə bu sahədə yeni elmi istiqamətlər müəyyən edib, məktəb yaradıb. Görkəmli alimin elmi rəhbərliyi ilə çoxsaylı dissertasiyalar müdafiə olunub, ərəb ədəbiyyatı sahəsində tanınmış mütəxəssislər hazırlanıb. Aida xanımın müəyyən etdiyi istiqamətlər alimin ardıcılları tərəfindən bu gün də öyrənilir, tədqiq olunur.

Diqqətə çatdırılıb ki, Aida İmanquliyeva BDU-nun Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə böyük töhfə verib. 20 ildən artıq müddətdə ərəb ədəbiyyatından dərs deyib, mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Onun rəhbərliyi ilə Ərəb filologiyası şöbəsində 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri