Icma.az
close
up
RU
BDUda Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunub AZƏRTAC

BDUda Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev Nəbi Xəzrinin XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının önəmini xatırladan rektor qeyd edib ki, görkəmli şairin lirikası yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində milyonlarla insanın məhəbbətini qazanıb. Rektor belə tədbirlərin tələbələrin bədii-estetik zövqünün formalaşmasında, mənəvi dünyalarının zənginləşməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov tədbir iştirakçılarına Nəbi Xəzrinin zəngin yaradıcılığı ilə bağlı məlumat verib. O qeyd edib ki, Nəbi Xəzri ədəbiyyatda Səməd Vurğun ədəbi məktəbinin davamçılarından sayılır: “Nəbi Xəzrinin yaradıcılığında təbiət - dəniz, səma, hava, Günəş, külək, ləpələr, işıq insan hissləri ilə üzvi vəhdətdə verilir. O, bu anlayışlardan insanların, ümumilikdə cəmiyyətin obrazını yaratmaq üçün vasitə kimi istifadə edir. Nəbi Xəzri XX əsr poeziyamızın mükəmməl hadisələrindən biridir. Onun lirikası ideologiyadan uzaq, saf, təmiz, anlaşılan, rahat başa düşülən lirikadır. Şairin əsərlərinin bu qədər sevilməsinin, ürəklərə yol tapmasının səbəblərindən biri də budur”.

Nizami Cəfərov Nəbi Xəzrinin həm də tanınmış ictimai xadim olduğunu, ömrünün son illərində dramaturgiyaya daha çox meyil etdiyini vurğulayıb.

BDU-nun dosenti, şair-publisist Anar Məmmədov görkəmli şairin həm də ssenarist, nasir, publisist, dramaturq kimi qüdrətli olduğunu diqqətə çatdırıb, onunla bağlı xatirələrini bölüşüb.

Nəbi Xəzrinin qızı, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının baş müəllimi Gülümsər Abbasova çıxışında tədbirin təşkilinə görə təşəkkür edib, şairin zəngin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Sonra BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə elan etdiyi esse müsabiqəsinin qalibləri açıqlanıb. Filologiya fakültəsinin IV kurs tələbəsi Səbinə İslamova müsabiqədə I, II kurs tələbəsi Hümbət Bədəlov II, Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədli isə III yerə layiq görülüb.

Sonda tələbələr şairin sevilən şeirlərini söyləyib, sözlərinə yazılmış mahnıları ifa ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri