Icma.az
close
up
RU
Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi elmi sessiya ilə qeyd olunub AZƏRTAC

Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi elmi sessiya ilə qeyd olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış nitqində AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli elmi sessiyanın Prezident İlham Əliyevin “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 9 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzrinin həyat yolundan və zəngin yaradıcılığından danışan akademik Teymur Kərimli şairin gənc yaşlarından ədəbiyyata gəldiyini, “Günəş” adlı ilk ciddi şeirini 16 yaşında qələmə aldığını söyləyib. Qeyd edib ki, Nəbi Xəzrinin şeirləri gənc istedadların böyük himayəçisi olan Səməd Vurğunun diqqətindən yayınmayıb, gənc şair onun təkidi ilə 20 yaşında ikən ölkədə böyük nüfuza malik Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Akademik Teymur Kərimli Xalq şairi Nəbi Xəzrinin həm də tanınmış ictimai xadim olduğunu, ömrünün son illərində dramaturgiyaya daha çox meyil etdiyini vurğulayıb. O, ədibin lirikasının yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində milyonlarla insanın məhəbbətini qazandığını bildirib.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Şairin ömür yolu” adlı məruzəsini təqdim edib. Nəbi Xəzrinin zəngin ədəbi irsi barədə məlumat verən məruzəçi onu həssas, milli ruhlu ziyalı, XX əsr Azərbaycan poeziyasının nadir görkəmli sənətkarlarından biri kimi xarakterizə edib.

Diqqətə çatdırılıb ki, Nəbi Xəzri 1924-cü ilin dekabrında Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayan şair 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1945-ci ildə Yazıçılar İttifaqına üzv qəbul olunan Nəbi Xəzrinin "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı 1950-ci ildə işıq üzü görüb. Məruzəçi 83 il ömür sürmüş Xalq şairi Nəbi Xəzrinin müxtəlif vəzifələrdə çalışdığını, bır sıra mükafatlara və fəxri adlara layiq görüldüyünü vurğulayıb.

Tədbirdə “Dəniz, göy, məhəbbət şairi” mövzusunda məruzəsini təqdim edən Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli bildirib ki, Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərib. Şair dərin məna çalarları ilə zövq oxşayan, insan ürəyini riqqətə gətirən sətirləri, ölməz poetik inciləri ilə məktəb yaratmış görkəmli qələm sahiblərindədir. O, ömrünün sonunadək böyük həvəs və çoşqu ilə yazıb yaratmışdır.

Məruzəçi qeyd edib ki, Nəbi Xəzrinin yaradıcılığında təbiət - dəniz, səma, hava, Günəş, külək, ləpələr, işıq insan hissləri ilə üzvi vəhdətdə verilir. O, bu anlayışlardan insanların, ümumilikdə cəmiyyətin obrazını yaratmaq üçün vasitə kimi istifadə edir. Şairin lirikası ideologiyadan uzaq, saf, təmiz, anlaşılan, rahat başa düşülən lirikadır.

Elmi sessiyada, həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Əflatun Baxşəliyev “Nəbi Xəzrinin poemalarında sosial gerçəklik” və filologiya üzrə fəlsəfə doktoru Şahanə Əliyeva “Şairin dramaturgiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə bildirilib ki, Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm edib və daim ülvi ideallarla yaşamağa çağırıb.

Tədbirdə Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəyli və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı şairin yaradıcılığına nəzər salıb, onun əsərlərinin bəşəri dəyərlərə xidmət etdiyini vurğulayıblar.

Sonda şairin ailəsi adından oğlu Arzu Babayev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O, Nəbi Xəzrinin zəngin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın inkişafına xidmət etdiyini vuğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri