BDYPİ: Diqqətsiz edilən manevr və yüksək sürət qəzaya səbəb olur
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 30 oktyabr, AZƏRTAC
Yollarda baş verən ağır qəzalarda çox zaman iki amil eyni anda özünü göstərir – bir sürücünün avtomobili yüksək sürətlə idarə etməsi, digəri isə manevri diqqətsiz şəkildə yerinə yetirməsi. Bu cür hallarda birinin məsuliyyətsizliyi, digərinin ehtiyatsızlığı ilə birləşəndə, nəticə, adətən, ağır olur.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilib.
Qeyd olunub ki, diqqətsiz edilən manevr sürücünün ətrafdakı vəziyyəti tam qiymətləndirməməsi, güzgülərdən istifadə etməməsi, zolaq və ya dönmə qaydalarına əməl etməməsi deməkdir. Yüksək sürətlə gələn nəqliyyat vasitəsi isə bu ani səhvə reaksiya verməyə vaxt tapmır və qəza qaçılmaz olur. “Unutmayaq ki, birinin diqqətsizliyi, digərinin sürəti bir anda həyatları dəyişə bilər. Yolda hər hərəkət düşünülmüş olmalı, hər qərar məsuliyyətlə verilməlidir”,- deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 30 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















