BDYPİ dən xəbərdarlıq: Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə səbəb olur
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə gətirib çıxarır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, oktyabrın 6-sı saat 12:00-da Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub. Hadisə nəticəsində 1 piyada hadisə yerində dünyasını dəyişib, digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















