Icma.az
close
up
RU
BDYPİ hərəkət iştirakçılarını tövsiyələrə əməl etməyə çağırıb

BDYPİ hərəkət iştirakçılarını tövsiyələrə əməl etməyə çağırıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 iyun, AZƏRTAC

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkə yollarında nəqliyyat axınının artması, xüsusilə istirahət və turistik səfərlərin intensivləşməsi hər bir yol hərəkəti iştirakçısından daha diqqətli davranmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi zəruri edir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarını aşağıdakı tövsiyələrə ciddi əməl etməyə çağırıb:

- Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayın. İsti yay günlərində havanın yüksək temperaturu sürücünün həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərərək yuxululuq və diqqətsizlik hallarına səbəb ola bilər. Bu səbəbdən kondisioner sistemi olmayan avtomobillərlə uzaq məsafələrə səfər etmək tövsiyə edilmir. Kondisioner sistemi olan və lazımi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə isə günün sərin saatlarında yola çıxmaq və 2 saatdan bir qısa fasilə vermək məqsədəuyğundur. Yuxusuz və yorğun halda sükan arxasına keçmək sizin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükəlidir.

- Sürət həddinə riayət edin. Yüksək temperatur şəraitində təkərlərin hava təzyiqində baş vermiş dəyişiklik yol tutumunu azalda bilər. Nəticədə yüksək sürətlə hərəkət zamanı qəza riski xeyli artır. Sürət rejiminə yalnız radarların müşahidə etdiyi ərazilərdə deyil, yolun bütün hissəsində əməl olunması təhlükəsizliyiniz üçün mütləqdir. Unutmaq lazım deyil ki, sürət yolu deyil, həyatı qısaldır.

- İcarəyə götürülmüş avtomobil və sürücülərlə bağlı diqqətli olun. İstirahət və ya turistik məqsədlə bölgələrə səfər edən bəzi vətəndaşlar, o cümlədən əcnəbi turistlər avtomobil icarəsi xidmətlərindən istifadə edirlər. Lakin həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti və onları idarə edən sürücülərin peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə yaradır. İcarəyə götürülmüş avtomobilin texniki göstəricilərinə və sürücünün təcrübəsinə əmin olmaq vacibdir. Nəzarətsiz və qeyri-rəsmi daşıma xidmətləri həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk daşıyır.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa, qaydalara əməl etməyə və hərəkətin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri