BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır.
BDYPİ-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müşahidələr göstərir ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır. Bu da sonda ağır nəticələrə səbəb olur.
“Hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsinin mütləq olduğu məlumdur. Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır”, - deyə məlumatda vurğulanıb. .
BDYPİ sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edir:”Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















