Icma.az
close
up
RU
Bədən rahatlığı yadda saxlayır Somatik yoqanın gücü nədədir?

Bədən rahatlığı yadda saxlayır Somatik yoqanın gücü nədədir?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Nine Senses Fest 2025" festivalında keçiriləcək somatik yoqa təlimi vasitəsilə bədənimizin dərin əzələlərində yatan hissləri anlamağı və onları idarə etməyi öyrənəcəyik".

Bu sözləri "Nine Senses Fest 2025" festivalının açılış mərasimində Oxu.Az -a açıqlamasında somatik yoqa təlimçisi Dilşad Cəfərli deyib.

O, mayın 4-ü keçiriləcək festivalda somatik yoqa təliminə rəhbərlik edəcəyini söyləyib:

"Somatik yoqa vasitəsilə bədənimizdə olan stresi idarə etməyi, görməyi öyrənirik. Həmişə "stresdən qaçın" deyilir, lakin stres çox da qorxulu bir şey deyil. Somatik yoqa vasitəsilə biz stresi anlayıb onun bizə nə zaman zərər verdiyini öyrənib öz xeyrimizə istifadə etməyi öyrənəcəyik".

Dilşad Cəfərli qeyd edib ki, istənilən stresi idarə etmək üçün somatik yoqadan əlavə nəfəs texnikasından istifadə etmək lazımdır:

"Stres keçirən insanın qarın nahiyəsində ağrılarının olduğunu müşahidə edirik. Çünki bizim bağırsaqlarımız ikinci beynimizdir. Oradan keçən sinirlər sıxışmağa başlayanda qarın nahiyəsində ağrılar baş qaldırır.

Nəfəs texnikasından istifadə etdikcə, nəfəsi diafraqmadan alıb-verdikcə əzələlər rahatlamağa başlayır. Qarın əzələləri, həmçinin bağırsaqları sıxan sinirlər varsa, onlar rahatlayır. Bunun vasitəsilə hər kəs öz streslərini idarə edə bilər.

İnsanlar fərqli olduğu kimi, stres faktorlarımız və ona reaksiyalarımız da fərqlidir. Bizim üçün vacib olan stresi tanımaq, stresdən qaçmadan onunla dil tapmaqdır.

Əlimdən gəldiyi qədər çalışacağam ki, somatik yoqa məşğuliyyətimiz zamanı qısa zaman kəsiyində insanlara stresi idarə etməyi öyrədim. Əlbəttə ki, bir seansa hər hansı bir texnikanı yadda saxlamaq çətin ola bilir, lakin bizim orqanizmimiz çox ağıllıdır, o bir dəfə rahatlığı daddıqda intiutiv olaraq həmin davranışı axtarıb özünə gətirməyə çalışır. Yoqa praktikası vaxtı da diqqətimiz özümüzdə olsa, bədənimizi rahatlaşdırsaq, festivaldan sonra da intiutiv olaraq bunu həyata keçirəcəyik".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 May 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri