Icma.az
close
up
RU
Bədəndə keyləşmə sadə əlamət, yoxsa ciddi xəstəliyin xəbərçisi? Həkimdən AÇIQLAMA

Bədəndə keyləşmə sadə əlamət, yoxsa ciddi xəstəliyin xəbərçisi? Həkimdən AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsanlar tez-tez bədənin müəyyən nahiyəsində keyləşmədən şikayət edirlər. Bəzən isə sadə keyləşməni iflic əlaməti kimi qəbul edənlər olur. Halbuki keyləşmə hər zaman ağır xəstəliyin göstəricisi deyil, amma səbəbləri müxtəlif ola bilər və diqqətdən kənarda qalmamalıdı

Bəs keyləşmənin səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-nevroloq Rəna Abbasova bildirdi ki, belə hallarda xəstənin yaşı, cinsi, peşəsi və çəkisi ilk növbədə nəzərə alınır:

"Bunlar mühüm amillərdən sayılır. Peşə xüsusilə əhəmiyyətlidir. Məsələn, əllərdə keyləşmə daha çox əl işi ilə məşğul olanlarda və kompüter qarşısında uzun müddət çalışanlarda müşahidə olunur. Simmetriya da önəmlidir: keyləşmə yalnız bir ətrafda, yuxarı ətraflarda və ya bütün bədəndə ola bilər. Nevroloji səbəblərdən əvvəl metabolik amillərə baxılır. Şəkərli diabet, tiroid problemləri, zob, endokrin pozuntular ilk araşdırılanlardandır. Daha sonra ürək-damar sistemi xəstəlikləri, revmatik problemlər, damar patologiyaları və autoimmun xəstəliklər nəzərdən keçirilir".

Həkim nevroloji səbəblərdən də bəhs etdi:

"Sinirlərin sıxılması əsas faktorlardandır. Boyun və ya bel nahiyəsində fəqərəarası yırtıq və protruziya sinirlərə basqı yaradaraq əllərdə və ayaqlarda keyləşməyə səbəb ola bilər. Bundan əlavə, funksional xarakterli hallar da mümkündür: hər hansı patoloji aşkarlanmır, amma stres və əsəb fonunda əllərdə keyləşmə hiss olunur. Ən çox rast gəlinən səbəblərdən biri karpal tunel sindromudur. Bilək kanalında sinir sıxıldıqda yalnız keyləşmə deyil, həm də ağrı, xüsusilə axşam saatlarında artan narahatlıq müşahidə olunur. Revmatik xəstəliklər zamanı isə keyləşmə ilə yanaşı ağrı və şişkinlik də yaranır. Əgər keyləşmə epizodikdirsə, məsələn, uzun müddət dirsəklənməkdən, ağır yük daşımaqdan sonra baş veribsə, bir neçə saat və ya gün ərzində keçir. Lakin səbəbsiz baş verən, təkrarlanan, get-gedə artan keyləşmə ciddi qəbul edilməli və həkimə müraciət olunmalıdır",- deyə sonda nevroloq fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri