Icma.az
close
up
RU
Bədəndəki şişkinliyi yox edən ən ucuz vasitə

Bədəndəki şişkinliyi yox edən ən ucuz vasitə

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclik iksiri adlandırılan bu tərəvəz bədəninizdəki şişkinliyi tamamilə yox edə bilər. Bir çoxları onu sadəcə pəhriz qidası hesab etsə də, əslində orqanizmin daxili təmizlənmə sistemini yenidən qurmaq gücünə malikdir.
Demokrat.az xəbər verir ki, ailə həkimi və diyetoloq Anastasiya Samoylova kərəvizin sinir və limfa sistemi üçün əvəzsiz faydalarından danışıb.
Kərəvizin tərkibindəki apigenin maddəsi təbii sakitləşdirici rolunu oynayır. Aparılan araşdırmalar göstərir ki, kərəvizdən alınan cəmi 25 mq apigenin həyəcan hissini iki dəfə azaldır, yuxusuzluq hallarını isə 40 faiz aşağı salır. Bu maddə stress hormonu olan kortizolun səviyyəsini tənzimləyərək insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.
Bu tərəvəz həm də güclü limfodrenaj təsirinə malikdir. Orqanizmdə toksinləri daşıyan limfa mayesinin hərəkəti zəiflədikdə bədəndə şişkinlik, selülit və ayaqlarda ağırlıq yaranır. Kərəvizin tərkibindəki natrium, kalium, maqnezium və B qrupu vitaminləri limfa kanallarının keçiriciliyini artırır. Bu da maddələr mübadiləsini sürətləndirir və dərinin xarici görünüşünü yeniləyir. Avstraliya yerliləri kərəvizi "əbədi gənclik vasitəsi" adlandırırdılar. Çinlilər isə ondan min illərdir ki, istəyi artıran təbii vasitə kimi istifadə edirlər.
Kərəvizi çiy halda kök, alma sirkəsi və zeytun yağı ilə salatlara əlavə etmək daha xeyirlidir. Səhər saatlarında içilən kərəviz şirəsi bədəndən artıq mayeni çıxarır və sürətlə sorulur. Yuxu problemləri olanlar üçün isə bu tərəvəzin dəmləmələri tövsiyə olunur.
Bəzi şəxslər kərəvizdən istifadə edərkən diqqətli olmalıdırlar. Tozcuğa allergiyası olanlarda və ya yerkökü, cəfəri kimi bitkilərə həssaslığı olanlarda çarpaz reaksiya yarana bilər. Böyrəyində daş olanlar tərkibindəki oksalatlara görə ehtiyatlı davranmalıdırlar. Mədə şirəsini artırdığı üçün yüksək turşuluqlu qastrit və ya xoradan əziyyət çəkənlərə mənfi təsir göstərə bilər. Həmçinin kərəviz qan duruldan və təzyiq salan dərmanların təsirini gücləndirdiyi üçün həkimlə məsləhətləşmək vacibdir.
Yəni, kərəviz həm bədəni şişkinlikdən və toksinlərdən təmizləyir, həm də sinir sistemini sakitləşdirərək yuxunu tənzimləyən təbii gənclik mənbəyidir.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri