Icma.az
close
up
RU
Bədəni şirniyyatdan uzaq tutmağın yolu Hansı qidalar kömək edir?

Bədəni şirniyyatdan uzaq tutmağın yolu Hansı qidalar kömək edir?

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şirniyyata gün ərzində həddindən artıq meyl etmək çox vaxt sadəcə vərdişdən ibarət olmur. Bədən bu istəklə bizə enerji çatışmazlığı, mineral defisiti, emosional gərginlik və ya balanssız qidalanma barədə siqnal verir. Şirniyyata olan marağı azaltmaq üçün həm düzgün qidalanmaq, həm də yaranma səbəbini anlamaq vacibdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında dietoloq Azaya Musayeva gündəlik qidalarımızda şirniyyatı əvəzləyən, şəkərə olan istəyi azaltmağa kömək edən qidalardan danışarkən bildirdi.

"Şəkər istəyini azaltmağa kömək edən qidaların başında zülalla zəngin məhsullar dayanır. Yumurta, kəsmik, hind quşu, balıq, qatıq və paxlalılar qan şəkərini stabilləşdirir və beynin şirniyyata yönələn siqnallarını zəiflədir. Lifli qidalar da yulaf, çia, kətan toxumu, alma və müxtəlif tərəvəzlər insulini balansda saxlayaraq şəkər dalğalanmalarının qarşısını alır. Sağlam yağlar da eyni effekti yaradır: avokado, keşyu, badam və zeytun yağı toxluq hissini gücləndirir və orqanizmin əlavə şəkərə ehtiyac duymamasına kömək edir".

Dietoloq qeyd etdi ki, təbii şirinlik istəyini qarşılamaq üçün xurma və tünd qara şokolad istifadə oluna bilər:

"Darçın qanda şəkərin kəskin yüksəlməsini tənzimlədiyi üçün şirni istəklərinə qarşı çox faydalıdır. Həmçinin çoxları bilməsə də, bəzən şirni istəyi sadəcə susuzluğun siqnalı olur; buna görə su və elektrolit balansını qorumaq da mühümdür. Şirniyyat əvəzedicilərindən də yararlanmaq mümkündür: qatıq və ya kəsmiyin üzərinə giləmeyvə əlavə etmək, dondurulmuş bananla hazırlanmış “dondurma”, xurma ilə qozun birləşməsi, çia pudinqi, sobada bişmiş alma üzərinə darçın səpmək və şəkərsiz kakao içkisi həm şirinliyə olan ehtiyacı qarşılayır, həm də bədəni balansda saxlayır. Bütün bunlarla yanaşı, şirniyyət istəyi səbəbi tapılmadan tam keçmir".

A.Musayeva əlavə etdi ki, orqanizm şirniyyatı sadəcə kaprizdən istəmir bununla bizə mesaj verir:

"Bu istəyin arxasında çox vaxt enerji çatışmazlığı, kimyəvi-mineral defisiti və ya emosional boşluq dayanır. Bu səbəblər aradan qaldırıldıqda isə şirniyyata qarşı həddindən artıq meyl tədricən azalır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri