Bədii gimnastika hakimləri ilk dəfə 1ci kateqoriyaya layiq görülüblər
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycanın bədii gimnastika üzrə hakimləri tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər. SİA-ya xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ədalət təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.
Nigar Abdusalimova fərdi proqramda 1, qrup hərəkətlərində 2-ci kateqoriyaya yiyələnib. Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1, fərdi proqramda 2-ci kateqoriyaya sahib çıxıb.
Bundan əlavə, Səbinə Hacıyeva (fərdi proqram üzrə) 2-ci, Vəfa Bəkərova (qrup hərəkətləri üzrə) 3-cü kateqoriyanı əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Dekabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















