Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 7 dekabr, AZƏRTAC
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kursları keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kurslarda Azərbaycanın fərdi proqram və qrup hərəkətləri üzrə bədii gimnastika hakimləri də iştirak ediblər.
Nigar Abdusalimova (fərdi və qrup hərəkətləri proqramı üzrə), Yevgeniya Vilyayeva (qrup hərəkətləri və fərdi proqram üzrə) 1-ci və 2-ci kateqoriyaya, Səbinə Hacıyeva 2-ci kateqoriyaya (fərdi proqram üzrə), Vəfa Bəkərova isə (qrup hərəkətləri proqramı üzrə) 3-cü kateqoriyaya yiyələniblər.
Bununla da Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















