“BƏƏ Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir” Səfir
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 54-cü ildönümünü münasibətilə rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, çıxış edən BƏƏ səfiri Məhəmməd Əl Bluşi bildirib ki, bu il bayram “Birləşmiş” şüarı altında qeyd olunur. Bu şüar cəmiyyətimizin birliyini və onun bütün təbəqələrinin həmrəyliyini təcəssüm etdirir, həmçinin dövlətimizin yaranışından etibarən əsaslandığı əməkdaşlıq və birgə fəaliyyət dəyərlərini ifadə edir.
“Məhz bu gün – 2 dekabr 1971-ci ildə – Birləşmiş Ərəb Əmirliklərinin yaranması rəsmi şəkildə elan edilib və Birlik bayrağı uca zirvədə qaldırılıb”, - səfir deyib.
O əlavə edib ki, son onilliklər ərzində BƏƏ iqtisadiyyatdan və davamlı inkişafdan kosmik tədqiqatlara, təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələri əhatə edən böyük dəyişikliklərə şahid olub və bu da onu gələcəyi formalaşdıran aparıcı ölkələrdən birinə çevirib:
“Bu nailiyyətlər sadəcə təsadüf deyil, əksinə, ölkəni müxtəlif sahələrdə innovasiya, inkişaf və yaradıcılıq üçün qlobal bir məkana çevirən qətiyyət və mükəmməlliyə əsaslanan hərtərəfli strateji vizyonun nəticəsidir. Birləşmiş Ərəb Əmirlikləri balanslı və açıq xarici siyasət yürüdür və dialoqla qarşılıqlı anlaşmanı dünyanın müxtəlif dövlətləri ilə münasibətlərində əsas dayaq prinsipləri kimi qəbul edir. BƏƏ beynəlxalq əməkdaşlıq körpülərinin qurulmasına və dialoqun təşviqinə əsaslanan milli səyahətini davam etdirir. Bu dəyərlər və prinsiplər, mehriban qonşuluq, dövlət suverenliyi və beynəlxalq hüquqa hörmətlə yanaşı, yarandığı gündən bəri ölkənin xarici siyasətinin əsasını təşkil edir”.
Diplomat bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildə qurulduğu gündən bəri əhəmiyyətli inkişaf mərhələsi keçib. Bu inkişaf iki dost ölkənin rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin nəticəsidir. Bu çərçivədə hər iki ölkə arasında çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. Xüsusilə, ölkəmizin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 16 sentyabr tarixində Azərbaycana etdiyi rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı müxtəlif sahələr üzrə 14 saziş və Anlaşma Memorandumu imzalanıb ki, bunların ən önəmlisi Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə əməkdaşlıq haqqında sazişdir. Bu saziş çərçivəsində ilk iclas 27 noyabr tarixində Əbu-Dabidə keçirilib. Bu saziş BƏƏ-Azərbaycan əlaqələrində mühüm bir mərhələ hesab olunur və hər iki ölkənin gələcək inkişaf tələblərinə cavab verən, bilik və innovasiyaya əsaslanan çevik bir iqtisadiyyat qurmaq istiqamətində ortaq arzularını əks etdirir.
Digər tərəfdən Azərbaycan Respublikasının Prezident İlham Əliyevin iyul ayında Əbu-Dabiyə rəsmi səfəri iki dost ölkə arasında birgə yeni əməkdaşlıq sahələri açıb. BƏƏ-Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir, qarşılıqlı hörmət və ortaq maraqların təmin olunmasına əsaslanır, həmçinin ortaq maraq kəsb edənən mühüm beynəlxalq məsələlərdə birgə mövqelərin formalaşdırılmasını təmin edir.
Səfir deyib ki, təxminən 68 saziş və anlaşma memorandumunun imzalanması, iri investorlara enerji, davamlılıq və süni intellekt kimi müxtəlif vacib sahələrdə investisiyaların mübadiləsi üçün imkanlar açıb.
Diplomat vurğulayıb ki, bu gün 54-cü Milli Günümüzü qeyd edirik. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və onun qardaşları, Əmirliklərin hökmdarlarının rəhbərliyi altında gələcəyə inamla və qətiyyətlə baxırıq: “BƏƏ yerli, regional və beynəlxalq səviyyələrdə əlamətdar nailiyyətlər əldə edib. 2025-ci ilin ilk yarısında beynəlxalq tərəfdaşlarla ticarət mübadiləsində rekord göstəricilər var. BƏƏ yalnız dəyişiklikdən danışmır, eyni zamanda onu real siyasətlər və genişmiqyaslı təşəbbüslər vasitəsilə həyata keçirir”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edən uğurlu dövlətlərdən biridir. Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir: “Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki ölkə rəhbərinin müdrik siyasəti nəticəsində dərinləşir. Cari ilin sentyabr ayında Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa tarixi səfəri dostluq və həmrəyliyimizin, strateji tərəfdaşlığımızın bariz nümunəsidir. Səfər çərçivəsində əməkdaşlığımızı yeni mərhələyə yüksəldən bir sıra mühüm sənədlər, o cümlədən xüsusi əhəmiyyətə malik “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.
Sevindirici haldır ki, ikitərəfli münasibətlərdə iqtisadi gündəliyimiz zəngindir və ticarət, investisiyalar, enerji sahələrində qarşılıqlı faydalı və uğurlu əməkdaşlığı müşahidə edirik. Biz bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni imzaladıq. Sənəd ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək. Ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq, Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək.
İnvestisiya sahəsində əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. Neft-qaz sahəsində tərəfdaşlığımız SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda yeni layihələrdə əməkdaşlıq marağının artdığını da müşahidə edirik.
Azərbaycanda bərpa olunan enerji layihələrində Əmirlik şirkətləri ölkəmiz üçün strateji tərəfdaş və aparıcı investor qismində çıxış edirlər. İstifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının tikintisi məhz Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib. Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə “Masdar” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Dekabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















