Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

Onları NATO dan çıxarmaq lazımdır

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Killian Mbappe: “Yamaldan əl çəkin”

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Azı qərar, çoxu zərər...

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Azərbaycan BƏƏ əlaqələri: nümunəvi, etibarlı və dinamik

Azərbaycan BƏƏ əlaqələri: nümunəvi, etibarlı və dinamik

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal Cənubun nümunəvi əməkdaşlıq modeli...

Gələcək müttəfiqliyə doğru yeni üfüqlər...

Azərbaycan özünün praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunda əməkdaşlığı ən mühüm şərtlərdən biri kimi önə çəkir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın əməkdaşlıq arealı öz coğrafiyasını genişləndirir. Yaxın Şərq, Ərəb dünyası ilə münasibətlər xüsusilə ön planda tutulur. Qlobal Cənubun inkişafında yaxından iştirak etməmiz ölkəmizi ərəb dövlətləri ilə münasibətləri daha da genişləndirməyə imkan yaradıb. Vurğulanmalıdır ki, bu ölkələr də qarşılıqlı olaraq Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan həm də əlaqələrin inkişafında qarşılıqlı şəkildə ikitərəfli mənafenin uzlaşdırılmasını da ən mühüm nüanslardan sayır.

İqtisadi münasibətlər, siyasi dialoq - iki ölkənin ortaq maraqları...

Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə əmalikdir. İki ölkə arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr çoxşaxəli və dinamikdir. Siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.

Eyni zamanda, ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda çox sayda BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır. Bu əlaqələrin yeni mərhələdə daha da inkişaf etdirmək üçün olduqca münbit bir zəmin mövcuddur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 9-da BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi bunu deməyə əsas verir.

Ticari dövriyyə artmaqdadır...

Vurğulandığı kimi, bu saziş Azərbaycan ilə BƏƏ arasında iqtisadi əlaqələrin daha genişformatlı xarakter daşıması üçün mühüm perspektiv yaradır. Son illərdə yüksək temp qazanan ikitərəfli əlaqələr fərqli sahələri əhatə etməklə yanaşı, özünün keyfiyyətində də yeni bir mərhələ formalaşdırıb. Statistik rəqəmlərə nəzər yetirdikdə bu əlaqələrin dinamik xarakter daşıdığı daha aydın görünür.

Ümumiyyətlə, Azərbaycan və BƏƏ arasında dövlət səviyyəsində, eləcə də müxtəlif biznes formatlarında və biznes platformalarında ardıcıl əməkdaşlıq son illər qarşılıqlı ticarətin nisbətən sürətli artmasına səbəb olub: beləliklə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkələr arasında ikitərəfli ticarət dövriyyəsi 88,92 milyon dollar təşkil edib. Lakin tranzit və təkrar ixracın həcmini nəzərə alsaq, ortaq kommersiya öhdəlikləri nəzərəçarpacaq dərəcədə böyükdür. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq çox dinamik inkişaf edir. Azərbaycanda BƏƏ kapitallı 420-dən çox şirkət qeydiyyatdan keçib - onlar sənaye, tikinti, nəqliyyat, digər sahələrdə fəaliyyət göstərir. Münasibətlərin bütün dövrü ərzində Azərbaycan biznesi BƏƏ-nin iqtisadiyyatına 1 milyard dollara yaxın, BƏƏ isə ölkəmizin iqtisadiyyatına 3,3 milyard dollar sərmayə yatırıb.

Kənd təsərrüfatı, turizm və logistika...

Bundan başqa, iki ölkə arasında kənd təsrrüfatı sahəsi üzrə əməkdaşlıq da son dövrlərdə geniş diapazon qazanıb - Azərbaycan məhsulları BƏƏ bazarında getdikcə daha çox yer almaqdadır. Xüsusilə meyvə-tərəvəz, fındıq və digər ərzaq məhsullar ixrac olunur. Turizm sahəsi üzrə də əməkdaşlıq günü-gündən artmaqdadır. Dubay və Əbu-Dabidə Azərbaycan vətəndaşlarının investisiya fəaliyyəti artmaqda, eyni zamanda, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı çoxalmaqdadır. Paralel olaraq logistika və nəqliyyat məsələlərində də qarşılıqlı əlaqələr güclənir. Azərbaycanın tranzit imkanları BƏƏ-nin Çin və Mərkəzi Asiya bazarlarına çıxışında alternativ yol kimi dəyərləndirilir.

Enerji sektoru: iqtisadi əlaqələrin məhək daşı...

İqtisadi əlaqələrin məhək daşını isə enerji sektoru formalaşdırır. SOCAR və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) neft və qaz sektorunda möhkəm əlaqələr qurub. Bununla belə, iki ölkə “yaşıl” enerji sahəsində böyük səmərəli əməkdaşlıq formalaşdırıb. BƏƏ-nin aparıcı şirkəti Masdar ilə əməkdaşlığın nəticəsi kimi 2023-cü ilin oktyabr ayında Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası (QES) istifadəyə verilib. Bu stansiya ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulub və karbon qazı emissiyalarını 200 min tondan çox azaltmağı hədəfləyib. Öz növbəsində, ötən ilin iyununda “Masdar” şirkəti investisiya dəyəri təxminən 1 milyard ABŞ dolları və ümumi gücü min meqavat olan üç bərpa olunan enerji istehsal edən obyektin təməlini qoyub: Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt və Abşeron-Qaradağda 240 MVt. Bu elektrik stansiyalarının ildə orta hesabla 2,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da öz növbəsində hər il 496 milyon kubmetr təbii qaza qənaət etməyə və 943 min tondan artıq atmosferə atılan tullantıların qarşısını almağa imkan verəcək.

Gələcək müttəfiqliyin təməli...

Vurğulayaq ki, Azərbaycanın son illərdə ərəb ölkələri ilə əlaqələri yalnız BƏƏ ilə məhdudlaşmır. Körfəz regionu ilə diplomatik və iqtisadi əlaqələrin genişləndirilməsi strateji xarakter daşıyır. Bu çərçivədə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn kimi ölkələrlə də iqtisadi əməkdaşlıq genişlənir. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən ərəb ölkələrində təqdimatlar və sərgilər təşkil olunur. 2022-2024-cü illərdə ərəb investorları ilə genişmiqyaslı sərmayə razılaşmaları imzalanıb. Hazırda Ərəb ölkələrində fəaliyyət göstərən Azərbaycan Ticarət Nümayəndəlikləri iqtisadi diplomatiya vasitəsilə bu münasibətlərin dərinləşməsinə xidmət edir. Xüsusilə, BƏƏ ilə əlaqələrin hərtərəli iqtisadi əməkdaşlıq sazişi ilə dərinləşdirilməsi isə qarşıdakı dövrdə müttəfiqlik üçün olduqca vacib bir təməldir. İmzalanmış sənəd sıradan bir ticarət razılaşması kimi qəbul edilməməlidir - bu, strateji iqtisadi platforma yaradır. Bu sazişlə Azərbaycan və BƏƏ arasında ticarət, investisiya, sənaye əməkdaşlığı, texnologiya transferi, innovasiya və rəqəmsal iqtisadiyyat kimi sahələrdə kompleks əlaqələr formalaşacaq. Bu əməkdaşlıq:

- Azərbaycanın logistika mərkəzi kimi rolunu möhkəmləndirir;

- BƏƏ Asiya və Avropa ilə iqtisadi münasibətlərinin dərinləşməsində strateji keçid regionu Azərbaycanın imkanlarından istifadə edə biləcək;

- Qarşılıqlı sərmayə mühafizəsi və hüquqi tənzimləmə çərçivəsi ilə investor etimadı möhkəmlənəcək.

Bu cür iqtisadi əsaslı yaxınlaşma son nəticədə strateji tərəfdaşlığa, o cümlədən birgə müdafiə, texnoloji əməkdaşlıq və regional təşəbbüslərdə müttəfiqlik platformasına çevrilə bilər.

Strateji hədəflər...

Azərbaycanın BƏƏ ilə əlaqələrinin güclənməsi həm də Qlobal Cənubun inkişafına olduqca vacib komponentlər üzrə müsbət təsir göstərəcək. Qeyd edək ki, rəsmi Bakı son illərdə öz xarici siyasətində “Qlobal Cənub” adlanan, inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığa xüsusi önəm verir - 2023-cü ildə keçirilən Qoşulmama Hərəkatının tədbirlərində Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayıraraq, inkişaf etməkdə olan ölkələrin daha ədalətli və inklüziv beynəlxalq sistemdə yer almasının vacibliyini vurğulamışdı. BƏƏ isə Yaxın Şərqdə Qlobal Cənubun aparıcı iqtisadi güclərindən biri sayılır. Bu nöqteyi-nəzərdən daha da sıx xarakter daşıyacaq əməkdaşlıq:

- İnkişafda olan ölkələrin ortaq maraqlarını müdafiə etmək baxımından nümunəvi bir model yaradır;

- COP29 kimi qlobal tədbirlərin nəticəsi formatında meydana çıxan “yaşıl keçid” və dayanıqlı inkişaf istiqamətində ortaq səyləri gücləndirir;

- Qlobal Cənub üçün Cənub-Cənub əməkdaşlığının iqtisadi formatını təyin edə bilər.

Beləliklə, imzalanan bu sənəd çoxtərəfli əməkdaşlığın mühüm nümunəsi kimi gələcək inkişafımızın daha da güclənməsinə töhfə verəcək...

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see385

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see178

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see177

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see138

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see134

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see131

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see127

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see126

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see126

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see122

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see121

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see120

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see120

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see119

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see118

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see118

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri