BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib.
Redaktor.az xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Qeyd olunub ki, BƏƏ bütün ərazilərdə Suriyanın sabitliyi və suverenliyinin qorunub saxlanmasını, həmçinin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Mart 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















