BƏƏ də Beynəlxalq Müdafiə Sənayesi Sərgisi başlayıb, Azərbaycan nümayəndə heyəti görüşlər keçirib
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Əbu-Dabidə 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEX) və 8-ci Beynəlxalq Dəniz Müdafiə Sənayesi Sərgisi (NAVDEX) və konfransları öz işinə başlayıb.
“Report” xəbər verir ki, sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət ilə görüşüb. M.Heybət həmçinin Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov ilə də görüş keçirib.
Qeyd edək ki, tədbirlərdə dünyanın böyük müdafiə sənayesi şirkətlərinin təmsilçiləri, tanınmış mütəxəssislər iştirak edir.
Tədbirlər çərçivəsində kibertəhlükəsizlik, kosmosda təhlükəsizlik, müdafiə hazırlığı və s. mövzular müzakirə ediləcək, müdafiədə çevikliyin artırılması, qlobal çağırışlara aktiv cavab verilməsi üçün yeni həllər təqdim olunacaq. Həmçinin yüksək texnologiyaların və beynəlxalq əməkdaşlığın müasir müdafiə sisteminin yenidən qurulmasında rolu müzakirə predmeti olacaq.
IDEX və NAVDEX sərgilərində 65 dövlətdən 1565 şirkət öz məhsulunu nümayiş etdirir. Bu il sərgidə 730-dan çox yeni şirkət iştirak edir.
“IDEX” və “NAVEX” sərgilərində müdafiə sənayesinə aid 3300-dən çox texnika və məhsul təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Fevral 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















