BƏƏ də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr var
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb.
"Hazırda Dubay və Şarcaya yönələn aviareyslərdə ləngimələr müşahidə edilir. Hava hücumundan müdafiə qüvvələrinin davam edən fəaliyyəti barədə məlumatlar daxil olur", - deyə bildirişdə qeyd olunur.
BƏƏ-yə uçan bir neçə təyyarənin istiqaməti dəyişdirilərək Omana yönləndirilib. Buna baxmayaraq, Şarca və Dubay hava limanlarının onlayn cədvəllərinə əsasən, əksər reyslərin gedişi və gəlişi qrafikə uyğun aparılır.
Gün ərzində Dubay rəhbərliyi yerli əhalini və turistləri raket təhlükəsi ehtimalı barədə bir neçə dəfə xəbərdar edib. Əbu-Dabi rəhbərliyi də raket təhlükəsi barədə elan verərək, sakinlərdən və qonaqlardan küçəyə çıxmamağı, həmçinin təcili yardım və xilasetmə xidmətlərinin sonrakı göstərişlərini gözləməyi xahiş edib./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 May 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















