Fars körfəzi ən pis ssenariyə hazırlaşır: BƏƏ dən həyəcan siqnalı
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fars körfəzi ölkələri yeni qarşıdurma mərhələsi istəməsələr də, mümkün hərbi əməliyyatların bərpasına hazırlaşırlar. Region dövlətləri Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan diplomatik irəliləyiş əldə etməyə ümid edirlər.
Moderator.az CBS News-a istinadən xəbər verir ki, bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş bildirib.
Bəhreyndə keçirilən təhlükəsizlik forumunda çıxış edən Qarqaş qeyd edib ki, Əmirliklər diplomatik həll yoluna ümid etsə də, bölgədə eskalasiya ehtimalını da istisna etmir.
Onun sözlərinə görə, İranın BƏƏ də daxil olmaqla Körfəz ölkələrinə hücumları region üçün dönüş nöqtəsinə çevrilib.
“Biz həqiqətən də regionda qarşıdurmanın daha bir mərhələsini görmək istəmirik”, – Qarqaş bildirib.
Bununla belə, o, BƏƏ-nin və bütövlükdə regionun ən pis ssenariyə hazırlaşdığını vurğulayıb. Qarqaşın sözlərinə görə, bu, aktiv hərbi əməliyyatların yenidən başlaması ehtimalını da əhatə edir.
Müharibənin ilk həftələrində Tehran ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq BƏƏ-yə dəfələrlə hücum edib.
Hücumlar regionda turizm sektoruna ciddi təsir göstərib, gündəlik həyatı çətinləşdirib və təhlükəsizliklə bağlı narahatlıqları artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 02 Noyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















