BƏƏ dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin ilk iki ayı ərzində Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) duzlanmış, qurudulmuş və ya hisə verilmiş ət məhsulları, eləcə də ət məhsullarından hazırlanan ərzaq unu gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, BƏƏ-dən gətirilən məhsulun miqdarı açıqlanmasa da, onun gömrük dəyərinin 100 dollar (170 manat) olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, bir çox ölkənin qida sənayesində heyvan ətindən də un hazırlanır. Bu məhsul ətin qurudulub yağsızlaşdırılmasından sonra çox narın şəkildə üyüdülməsi nəticəsində əldə olunan toz halında maddədir. Bu un əksər hallarda hazır şorbaların və bulyon kublarının tərkibində dadverici kimi istifadə edilir.
Onu da qeyd edək ki, ət əsasında hazırlanan ərzaq unu ilə yanaşı, heyvan yemləri üçün nəzərdə tutulan texniki unlardan da geniş istifadə olunur.
Xatırladaq ki, 2024-cü ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Belarusda ət və sümük unu istehsalı ilə məşğul olan “Qomelskiy belkovo-jirovoy zavodu” (ОАО «Гомельский белково-жировой завод») adlı şirkəti Azərbaycana ixrac həyata keçirməsi üçün qida obyektlərinin təsdiqi reyestrinə daxil edib.
Ət və sümük unu heyvan tullantılarının emalı (üyüdülməsi) nəticəsində əldə olunur. Bu məhsul bitkiçilikdə fosfor gübrəsi kimi istifadə edilir. Eyni zamanda, heyvandarlıqda kalsiumla zəngin yem əlavəsi kimi də tətbiq oluna bilər. Xüsusilə broyler toyuqlarının və ev heyvanlarının (it və pişiklərin) qidalanmasında sümük unundan geniş istifadə olunur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib
05 Yanvar 2026 15:01
Başqırdıstan Azərbaycana hind quşu ətindən 26 partiya yarımfabrikat ixrac edib
13 Dekabr 2024 16:05
Uşaqlar təhlükədədir: Dönərlər ölmüş heyvan ətindən hazırlanır
11 Dekabr 2025 13:00
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
25 İyun 2026 11:29
At ətindən hazırlanan məhsullar üçün beynəlxalq standartlar tətbiq ediləcək KONKRET
21 Avqust 2026 10:10
Baxış sayı:171
Bu xəbər 24 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















