Icma.az
close
up
RU
BƏƏ səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

BƏƏ səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi tərəfindən Bakıda iftar süfrəsi təşkil edilib.

525.az xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Xalid Al Tunaiji iftar süfrəsinə gələnləri müqəddəs Ramazan ayı münasibətilə səmimi-qəlbdən təbrik edərək, bu ayın mahiyyəti, mənəvi əhəmiyyəti və insanlara qazandırdığı dəyərlər barədə danışıb.

O deyib ki, Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayının özünəməxsus ab-havası var: “Bu ayda İslam dəyərləri və dərin sosial bağlar özünü büruzə verir və BƏƏ cəmiyyətinin unikallığını əks etdirən adət və ənənələr nəsillərə ötürülür.

Bu mübarək aya hazırlıq onun gəlişindən bir müddət əvvəl başlayır. Məscidlər və məclislər bəzədilir, mehribanlıq və tolerantlıq mühiti güclənir. BƏƏ xalqı Ramazanı yüksək mənəviyyatla, Qurani-Kərim tilavəti, ibadətləri artırmaq və xeyirxah işlər görmək istəyi ilə qarşılamağa can atırlar”.

Diplomat əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayında qorunan gözəl adətlərdən biri “musaharati” adətidir: “Keçmişdə sahura oyatmaq üçün məhəllələri gəzərək insanları oyadırdılar. Zaman keçdikcə bu adət azalsa da, hələ də milli irsin bir parçası olaraq yaşamaqdadır. İftar topu isə Ramazanın qədim ənənələrindən biridir və hələ də davam etməkdədir. Günəş batdıqda iftarın başlandığını bildirmək üçün top atəşi açılır”.

Onun sözlərinə görə, kollektiv iftar süfrələri təşkil etmək BƏƏ-də Ramazanın mühüm adətlərindəndir. Məscidlərdə və ictimai yerlərdə qurulan bu süfrələrə milliyyətindən və mədəniyyətindən asılı olmayaraq hər kəs dəvət olunur. Bu adət, BƏƏ cəmiyyətinin qonaqpərvərlik və sosial həmrəylik dəyərlərini əks etdirir. Həmçinin Ramazan ayında ailə ziyafətlərinin sayı artır, ailə üzvləri iftar süfrəsi ətrafında bir araya gəlirlər.

Ramazan ayının məşhur simvollarından biri də küçələri və ticarət mərkəzlərini bəzəyən fənərlərdir. Həmçinin, “xeyl” və “qamari” kimi ənənəvi oyunlar keçirilir. Bu oyunlar BƏƏ-nin mədəni irsini yaşatmaq məqsədi daşıyır.

Xalid Al Tunaiji deyib ki, Ramazan BƏƏ üçün sadəcə oruc tutulan ay deyil, həm də adət-ənənələrin təbliği, ictimai əlaqələrin gücləndirilməsi və xeyirxahlıq və sülhün yayılması üçün bir fürsətdir: “Uca Allahdan bu ayın bizlərə və sizlərə xeyir və bərəkət gətirməsini diləyirik.

Hər birinizə xeyirli Ramazan arzulayırıq!”.

Sonra tədbir iştirakçılarına Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayına xas adət-ənənələri, ibadətləri və bu müqəddəs ayın xüsusi atmosferini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra müvəqqəti işlər vəkili Xalid Al Tunaiji Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadəyə səfirlik adından xatirə hədiyyəsini təqdim edib.

Eyni zamanda, bur qrup jurnalist də təltif olunub.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri