Icma.az
close
up
RU
MÜSİAD Saatlıda iftar süfrəsi təşkil edib

MÜSİAD Saatlıda iftar süfrəsi təşkil edib

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə Saatlı rayonunda şəhid ailələri, qazilər və rayonda yaşayan Axısqa türkləri üçün iftar süfrəsi təşkil olunub.

Modern.az-ın məlumatına görə, proqramda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əziz Ələkbərov və Səyyad Aran, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak ediblər.

İftar proqramından əvvəl MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin abidəsini və Saatlı rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin, Saatlı rayonunda anadan olmuş 44 günlük Vətən müharibəsi şəhidi Xalid Nəciyevin atası Qabil Nəciyevin evi ziyarət olunub.

İftar proqramında çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq bildirib:

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İki ölkə arasında münasibətlər istisnai xarakter daşıyır. Hər iki dövlət çətin zamanlarda bir-birinə dəstək göstərib.Həm İkinci Qarabağ müharibəsi zamanı, həm də 6 fevral 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı biz bunun şahidi olduq.”

Səfir Azərbaycanda mövcud olan siyasi sabitliyə də toxunaraq, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə arasında nəqliyyat-logistika əlaqələrinin daha da güclənəcəyini qeyd edib və dəhlizin yaxın zamanda açılacağına ümidvar olduğunu bildirib.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva iftar süfrəsinin təşkilinə görə MÜSİAD Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. O, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin daim ehtiramla anılmasının vacibliyini vurğulayıb, həmçinin qazilərin göstərdikləri qəhrəmanlığın hər zaman yüksək qiymətləndirildiyini bildirib. Mehriban Ağayeva rayonda mövcud olan multikultural mühitdən bəhs edərək, burada məskunlaşan Axısqa türklərinin mehriban şəraitdə yaşadıqlarını, dövlət qayğısını daim hiss etdiklərini qeyd edib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan iftar süfrəsində iştirak edən qonaqları salamlayaraq, Müqəddəs Ramazan ayında tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. O, MÜSİAD Azərbaycanın fəaliyyət istiqamətləri və Ramazan ayı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. Ramazanın mərhəmət və bərəkət ayı olduğunu vurğulayan Fuat Kayhan birlik və bərabərliyin əhəmiyyətinə diqqət çəkib.

Sədr çıxışında şəhid ailələri və qazilərin cəmiyyət üçün xüsusi önəm daşıdığını bildirərək qeyd edib:

“Vətən və millət uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin ailələri və qazilərimiz başımızın tacı, ən müqəddəs əmanətimizdir.”

İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının mənəvi dəyərləri və fəzilətləri haqqında söhbətlər aparılıb.

Proqramdan sonra rəsmi qonaqların iştirakı ilə rayonda yaşayan Axısqa türkləri ilə görüş keçirilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MÜSİAD Azərbaycan tərəfindən hər il Ramazan ayında regionlarda ənənəvi iftar proqramları təşkil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Mart 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri