Icma.az
close
up
RU
BƏƏ Tramp yolu na töhfə verməyə maraqlıdır

BƏƏ Tramp yolu na töhfə verməyə maraqlıdır

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu sözləri BƏƏ-nin "Trends Research and Advisory" şirkətinin tədqiqatlar departamentinin direktor müavini Əbdüləziz Əl-Şəhhi İrəvanda keçirilən "Orbeli Forumu 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın inşası" beynəlxalq konfransında dilə gətirib. O vurğulayıb ki, mühüm coğrafi mövqeyə malik sözügedən marşrut müxtəlif iqtisadi layihələr çərçivəsində qiymətləndirilə bilər.
"TRIPP marşrutunun fiber-optik rabitə xətlərinin çəkilməsi üçün işlədilməsi planlaşdırılır ki, bu da maliyyə texnologiyası sənayesinin, İT şirkətlərinin və texnologiya layihələrinin inkişafı istiqamətində unikal imkanlar açacaq. TRIPP-in bu cür ümidverici faydalarını nəzərə alsaq, ərəb investorlarının Cənubi Qafqaza artıq maraq göstərmələri təəccüblü deyil", – mütəxəssis bildirib.

(BƏƏ-nin "Trends Research and Advisory" şirkətinin tədqiqatlar departamentinin direktor müavini Əbdüləziz Əl-Şəhhi)
Əbdüləziz Əl-Şəhhi diqqətə çatdırıb ki, BƏƏ regionda logistika mərkəzlərinin (məsələn, Tbilisi Quru Limanı) qurulmasında geniş təcrübəyə malikdir.
"Təcrübəmiz regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıra, ticarət və investisiya sahələrində yeni imkanlar yarada bilər. Əlbəttə, burada sülh və sabitlik xarici investorların cəlbi üçün çox vacib amillərdir. Çünki istənilən investor əvvəla təhlükəsizlik səviyyəsini, kapitalın mühafizəsi zəmanətini və yerli hökumətin layihələrin dəstəklənməsi və təşviqində rolunu qiymətləndirir", – Əbdüləziz Əl-Şəhhi söyləyib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.
Aİ: "Tramp yolu"nu dəstəkləməyə hazırıq" | VİDEO
Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Noyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri