Bəhreyn Yaxın Şərqdə müharibənin başlanmasından bəri 153 raketi ələ keçirib
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından bəri 153 raketi ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı krallığın hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Onların məlumatına görə, fevralın 28-dən etibarən HHM qüvvələri Bəhreyn istiqamətində buraxılmış 301 pilotsuz uçuş aparatını neytrallaşdırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















