İsrail Yaxın Şərqdə 1000 kv.km ərazini ələ keçirib? FT
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail 2023-cü ilin oktyabr ayından bəri Baş nazir Benyamin Netanyahu hökumətinin yeni hərbi strategiyasının bir hissəsi olaraq Yaxın Şərqdə təxminən 1000 kvadrat kilometr ərazini ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin hesablamalarına görə, İsrail qüvvələri Qəzzada, Livanda və Suriyada əraziləri ələ keçirib ki, bu da İsrailin 1949-cu il sərhədlərinin təxminən 5%-ni təşkil edir.
FT qeyd edir ki, ələ keçirilən ərazilərin yarıdan çoxu Livanın cənubundadır və İsrail qüvvələri burada “Hizbullah” təşkilatının qarşısını almaq üçün təhlükəsizlik zonası yaradıb. Ərazilərin qalan hissəsi isə Qəzzada və Suriyada yerləşir.
Qəzetin məlumatına görə, İsrail ordusu Qəzzanın yarıdan çoxuna nəzarət edir və bura İsrailin yaratdığı əlavə bufer zonaları da daxildir. Nəticədə, anklavın təxminən 2 milyon sakini hazırda Zolağın müharibədən əvvəlki ərazisinin təxminən 40%-də cəmləşib.
Nəşr bildirir ki, İsrailin yeni strategiyası ölkə daxilindəki ifrat sağçı dairələrin dəstəyini cəlb etsə də, genişmiqyaslı dağıntılara və Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Suriyada bir neçə ərazini ƏLƏ KEÇİRİB VİDEO
11 Dekabr 2024 19:20
İsrail Xameninin iqamətgahına yaxın ərazini vurdu
13 İyun 2025 19:38
İsrail Livanda bu ərazini ələ keçirmək istəyir KİV
14 Mart 2026 09:51
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
18 İyun 2025 15:33
Baxış sayı:125
Bu xəbər 19 May 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















