Icma.az
close
up
RU
Bəhruz Quliyev: Azərbaycanın notası milli maraqların qətiyyətli müdafiəsidir

Bəhruz Quliyev: Azərbaycanın notası milli maraqların qətiyyətli müdafiəsidir

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın Rusiya Federasiyasının ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq nota təqdim etməsi dövlətlərarası münasibətlərdə ciddi diplomatik addımdır və rəsmi Bakının baş verən hadisələrə prinsipial yanaşmasının göstəricisidir. Əgər Ukrayna ərazisində SOCAR-a məxsus mülki enerji obyektləri ardıcıl şəkildə zərbələrə məruz qalırsa və bu hallar təkrarlanırsa, Azərbaycan tərəfinin bununla bağlı izahat tələb etməsi tamamilə beynəlxalq hüquqa və diplomatik praktikaya uyğundur.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, söhbət yalnız iqtisadi maraqlardan deyil, Azərbaycanın dövlət və milli maraqlarından gedir. SOCAR Azərbaycanın strateji şirkətidir və onun xaricdəki obyektlərinə qarşı hər hansı hücum ölkəmizin iqtisadi maraqlarına birbaşa təsir göstərir. Eyni zamanda Kiyevdəki səfirliyimizin və Xarkovdakı fəxri konsulluğumuzun zərər görməsi diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarını gündəmə gətirir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev SİA-ya açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Azərbaycan indiyədək Rusiya-Ukrayna müharibəsində balanslaşdırılmış və beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirib. Buna baxmayaraq, Azərbaycanın mülki obyektləri və diplomatik nümayəndəlikləri zərər görürsə, rəsmi Bakının buna etiraz etməsi təbii və zəruridir. Bu, emosional deyil, hüquqi və siyasi baxımdan əsaslandırılmış mövqedir.
"Hesab edirəm ki, Rusiya tərəfinin təqdim olunan nota ciddi yanaşması, obyektiv araşdırma aparması və Azərbaycanın qaldırdığı məsələlərə aydın izahat verməsi iki ölkə arasında münasibətlərdə etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əks halda, bu cür hadisələrin təkrarlanması münasibətlərdə əlavə gərginlik yarada və qarşılıqlı etimada mənfi təsir göstərə bilər.
Azərbaycan hər zaman qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olub. Məhz buna görə də rəsmi Bakının diplomatik kanallar vasitəsilə öz etirazını ifadə etməsi həm dövlət məsuliyyətinin, həm də milli maraqların qətiyyətlə müdafiəsinin nümunəsi kimi qiymətləndirilməlidir."- deyə, B.Quliyev əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyul 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri