Icma.az
close
up
RU
Zəfərimizin arxasında düşünülmüş siyasət, qətiyyətli və prinsipal mövqe dayanır Bəhruz Quliyev

Zəfərimizin arxasında düşünülmüş siyasət, qətiyyətli və prinsipal mövqe dayanır Bəhruz Quliyev

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

"Zəfərimizin arxasında düşünülmüş siyasət, qətiyyətli və prinsipal mövqe dayanır" - Bəhruz Quliyev

"Xalqımız 8 Noyabr − Zəfər Günü qeyd edir. Bu Zəfər Azərbaycan tarixinin ən əhəmiyyətli hadisələrindən biridir, xalqımızın fəxr duyduğu bir tarixdir. 44 günlük Vətən müharibəsində tarixi qələbə hər birimiz üçün qürurlu və şərəflidir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 30 illik işğala son qoymaqla xalqımıza böyük sevinc yaşatdı, ərazi bütövlüyümüzü bərpa etdi və soydaşlarımızın yurd həsrətini baça çatdırdı".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

Media Qrupunun rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı:

"Ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi: "2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır".

Bəhruz Quliyevin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlələrə tarix, hüquq və milli qürur dərsi oldu: "Bu müsahibələr dövlət başçısı İlham Əliyevin praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlrımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Azərbaycanın döyüş meydanında qələbəsində informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi".

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin heç də asan başa gəlmədiyini bildirən Baş redaktor Bəhruz Quliyev əlavə edib ki, ölkə başçısı Prezident cənab İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə isə düşünülmüş siyasət yürüdüb: "Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Göründüyü kimi tarixi zəfərimizin arxasında uzun illərin gərgin əməyi, düşünülmüş siyasət, qətiyyətli və prinsipal mövqe dayanır. Bu gün ölkəmizin bütün ərazisində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Bu gün işğaldan azad edilmiş ərazilər yenidən qurulur, xalqımızın öz doğma torpaqlarına qayıtması üçün lazımı şərait yaradılır.

Tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri daha da güclənib, bu istiqamətdə uğurları daha da artmaqdadır. Bütövlükdə, şanlı Zəfər müstəqil dövlətimizin gələcək nailiyyətlərinin başlıca əsaslarından biridir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri