Icma.az
close
up
RU
Bel ağrılarının ən yayılmış SƏBƏBLƏRİ

Bel ağrılarının ən yayılmış SƏBƏBLƏRİ

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Beliniz ağrıyırsa “mənə diqqət et, problemim var!» demək istəyir. Ancaq hər bel ağrısı bel yırtığı deyil.

Cəmiyyətdə ən çox stress tipli bel ağrısı ilə qarşılaşırıq. Beyin stress zamanı bel və ya boyun əzələlərinə çoxlu siqnallar göndərir. Bu zaman əzələlər gərilir. Bu bölgələrdə sərtlik və ələ gələn yumrular meydana gəlir. Xəstə nevroloji olaraq rahat deyilsə, fiziki müalicə və ya əzələ yumşadıcı və ya isti müalicələr, məlhəmlərin istifadəsi effekt vermir. Yüngül bir antidepresant çox faydalıdır. Bundan əlavə əzələ yumşadıcılar və analgetik-antiinflamatuar preparatlar verilir.

İkinci səbəb isə onurğaya düşən mexaniki yükün artmasıdır. Oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət oturmada bel ağrısı uzun müddətlidir.

Soyuqdəymə, tənəffüs yolu infeksiyalarında qısamüddətli ağrıya səbəb ola bilər.

Çox az nisbətdə onurğa və ya onurğa beynində şiş, infeksiya (Brucella kimi onurğa infeksiyası və ya bədəndəki başqa bir orqan infeksiyası), skolioz (onurğa əyriliyi), onurğa oynaq xəstəliyi (sakroiletis və s), revmatizmal xəstəliklər və nadir olaraq onurğa beyini pərdəsinin içinə olan qanama (subaraxnoidal qanama) da ağrı yaradır və diaqnozunu qoymaq çətindir.

Qalan səbəblər isə onurğa dinamikasını pozan səbəblərdir. Yəni, bel yırtığının başlanğıc mərhələdə bel ağrısı görülür və çox şiddətli olduğundan xəstə lazım olmadığı halda əməliyyatla ağrıdan xilas olmaq istəyir. Vaxt keçdikcə bel ağrısı azalır, amma bu dəfə ağrı qalça və ayaqlara enir. Bu qrupda olub ayağında qismən iflic olanlara əməliyyat məsləhətdir. Ancaq ayaq ağrısı bel ağrısından yüngül olduğundan xəstələr təəssüf ki, əməliyyata bu dövrdə laqeydlik edirlər.

Bel ağrısı dar kanal,  bel kirəcləşməsi , bel sürüşməsi zamanı müşahidə olunur. Ancaq bel ağrısı zamanı ayaq ağrısı, uyuşma, yerimə çətinliyi, ayaqlarda qüvvətsizlik əlamətləri müşahidə olunmursa əməliyyat ilk etapda düşünülməməlidir. Çünki tək başına əməliyyat bel ağrısını aradan qaldırmaz. Yaxşı bir əməliyyat olsa belə, xəstənin bel ağrısı tamamilə keçməsə, xəstə üçün əməliyyatın qiyməti qalmayacaqdır.

Bel ağrısı üçün xəstə əməliyyat edilməsini istəsə belə həkim qəbul etməməlidir. Ya da beldə implant əməliyyatlarında ( bel sürüşməsi və dar kanalda) bel ağrısının tamamilə keçəcəyi sözü xəstəyə verilməməli, əməliyyatı etmək istəməkdə əsl səbəbin «olanı» qorumaq, gələcəkdə ifliclərin qarşısını almaq və yeriyişi yaxşılaşdırmaq olduğu izah edilməlidir.

Bəzi xəstələrdə nə qədər araşdırılsa da, bel ağrısının səbəbi tapılmır.Belə hallarda daban düşməsini araşdırmaq lazımdır. Beldə ağrı yaradan dabandakı ortopedik pozğunluqdur.

Onurğadan əməliyyat olmuş ilk aylarda rahat olmuş, sonra isə beli ağrıyan xəstələr kilosuna diqqət etməlidirlər. Əməliyyat keçirmiş və yaxşılaşmaya çalışan bel bir kilo belə əlavə çəki qəbul etmir. Ağrı daha şiddətli şəkildə qayıdar. Buna görə də kilolu xəstələri əməliyyata könülsüz alırıq. Çünki əməliyyat əsnasında cərraha çətinlik yaratmalarından çox, əməliyyat sonrası onurğanın kiloya üsyan etməsi iki tərəfə də çətinlik yaradır.

.

DR. BƏHRUZ EYVAZOV,
Neyrocərrah

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri