Bel çantası ilə yeriməyin gözlənilməz faydaları
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Fizioloq Metyu Uelç gəzintinin faydasını artırmağın sadə üsulunu açıqlayıb.
Ölkə.az xəbər verir ki, o, bu barədə "HuffPost" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, söhbət ağırlaşdırılmış bel çantası ilə yeriməkdən gedir. Uelç bildirib ki, bu üsul adi gəzintini həm kardio, həm də güc məşqinin birləşməsinə çevirir ki, bu da ürək-damar sistemi, əzələlər və düzgün qamət üçün faydalıdır.
Həkim qeyd edib ki, hətta kiçik əlavə çəki belə adi gəzintinin effektivliyini artıra bilər.
"Bu, hərbi hazırlıq proqramlarından gələn, dözümlülüyü və ağır yüklərin daşınmasını əsas götürən aşağı yüklənməli məşq növüdür", – deyə o vurğulayıb.
Uelç əlavə edib ki, bu üsula başlayarkən tələsmək olmaz. Orqanizmi həddindən artıq yükləməmək üçün əvvəlcə yüngül çanta və qısa məsafələrlə başlamaq tövsiyə olunur.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 05 İyun 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















