Icma.az
close
up
RU
Skolioz və bel ağrıları pandemiyası: 13 yaşlı qızın 7 kq lıq çantası qəbuledilməzdir

Skolioz və bel ağrıları pandemiyası: 13 yaşlı qızın 7 kq lıq çantası qəbuledilməzdir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekspertlər ağır məktəb çantaları ilə bağlı dərhal tədbir çağırışı edirlər

“Uşaqların məktəb çantalarının çəkisi bu gün cəmiyyət üçün real və ciddi bir müzakirə mövzusu olmalıdır!”. Bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalova bildirib.

O, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya müraciət edərək qeyd edib ki, xüsusilə 10–15 yaş arası uşaqlarda skelet sistemi hələ formalaşma mərhələsində olduğundan, ağır çantaların daşınması onların sağlamlığına ciddi zərər vura bilər: “13 yaşlı bir qızın hər gün 7 kiloqramlıq çanta daşıması sağlamlıq baxımından qəbuledilməzdir. Uşaqların onurğası, çiyin və bel əzələləri hələ tam bərkimədiyi üçün bu ağırlıq bədənin simmetriyasını pozur. Zamanla onurğa əyrilikləri, duruş pozuntuları, çiyin və boyun ağrıları, hətta sinir sıxılmaları yarana bilər”.

Zeynalova əlavə edib ki, beynəlxalq ortopedik standartlara görə, uşağın daşıdığı yük onun bədən çəkisinin 10–15 faizini keçməməlidir. Bu isə orta çəkili 13 yaşlı uşaq üçün maksimum 4,5–5 kiloqram deməkdir.

Onun sözlərinə görə, bu məsələ təkcə valideynlərin deyil, həm də məktəblərin və təhsil siyasətini müəyyən edən qurumların diqqət mərkəzində olmalıdır: “Kitab və dəftərlərin sayının azaldılması, elektron resursların tətbiqi, məktəbdə şəxsi dolab sistemlərinin yaradılması kimi sadə addımlar uşaqların sağlamlığını qorumağa ciddi töhfə verə bilər”.

Qeyd edək ki, bir neçə gün əvvəl TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) də məktəbli çantaları ilə bağlı çağırış edib. Qeyd edilib ki, məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır. Bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür.

Bildirilib ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir: "Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını bilməyən uşaqlardan çox valideyn və müəllimlərdən asılıdır.

Məktəbli çantası ağır olmamalıdır. Onu bir əldə daşımaq və ya təkərli sürmək olmaz, çanta hər iki çiyindən keçməklə kürəkdə daşınmalıdır.

Partada oturarkən sinəni masaya söykəmək, yazı yazarkən bir tərəf üstə çox əyilmək məsləhət görülmür. Bu həm qamətin əyilməsinə, həm də gözlərin tez yorulmasına səbəb ola bilər.

Kitabı çox yaxın və uzaq tutaraq oxumaq düzgün deyil. Gözlə kitab və ya dəftər arasında məsafə 25-30 sm. olmalıdır. Gələcək nəslin sağlam yetişməsi üçün hər bir valideyn və xüsusən ibtidai sinif müəllimləri uşaqlara davamlı nəzarət etməlidir. Bununla gələcəkdə uşaqlarda skalioz, kifoz kimi onurğa qüsurlarının qarşısını almış ola bilərik”.


Təhsil üzrə mütəxəssis Elçin Əfəndi mövzu ilə bağlı Sherg.az-a açıqlamasında bildirib ki,məktəblər üçün nəzərdə tutulan dərs proqramları kurikulum sisteminə əsaslanır və burada müəyyən qədər ixtisaslaşma aparılsa da, yenə də dərs yükü, şagirdə təqdim olunan bilik çoxluq təşkil edir: 


“Bu da dediyimiz faktla bizi rastlaşdırır ki, ibtidai siniflərdə təhsil alan şagirdlərin daha çox ləvazimatlara, dərs vəsaitlərinə və s. ehtiyacları yaranır. Bunu da nəzərə alaraq, müəyyən qədər dərsliklərdə təkmilləşmə aparmaq vacibdir, şagirdə daha çox ehtiyacı olan biliklərin verilməsi dərsliklərdə öz əksini tapmalıdır. Yəni şagirdə lazım olmayan, gələcəkdə həmin o biliklərin istifadə olunmasına zərurət olmayan mövzuların salınması və yaxud da müəyyən dərs mövzusunun işlənməsi, fikrimcə, yolverilməzdir”. 


E.Əfəndinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən rəqəmsal dərsliklərin hazırlanması istiqamətində müəyyən işlər görülüb və hazırda bir çox dərsliklərin elektron versiyasından istifadə mümkündür:

 "Hazırda elektron dərsliklər mövcuddur və bu sahədə müvafiq platformalar fəaliyyət göstərir. Vətəndaşlar bəzən çap olunmuş dərslikləri əldə edə bilmədikdə, həmin dərsliklərin elektron variantlarını PDF formatında yükləyə bilirlər. Hazırda sırf rəqəmsal dərsliklərin istifadəsi məsələsi Nazirlikdə də müzakirə olunur və yaxın gələcəkdə müvafiq şirkət tərəfindən hazırlanacaq. Bu prosesdə dərsliklərin dili, verilən məlumatların dəqiqliyi, yığcam olması nəzərdə tutulur. Düşünürük ki, rəqəmsal dərsliklər geniş tətbiq olunmağa başladıqdan sonra kağız dərsliklərdən istifadənin miqyası xeyli azalacaq.

Şagirdlər yalnız ağır çantalar yox, planşet aparmaqla ümumi bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

Alınarsa, ən gec 5-10 il müddəti üçün nəzərdə tutulur. Çünki paytaxtda “elektron məktəb” layihəsi fəaliyyətə başlayıb. Əgər bu layihə özünü doğruldarsa, onun bütün ölkə üzrə təhsil müəssisələrini əhatə edəcək. Bu da yanaşma jurnallarının üzərində qiymətləndirmə aparılması və kağız jurnallardan istifadənin qarşısını almaq baxımından mühüm addım hesab olunur. Əgər dərsliklərdə də bu yenilik təsdiqini taparsa, gələcəkdə artıq məktəbli çantalarının ağırlığı ilə bağlı məsələ də gündəmdən çıxacaq”.


Fizioterapevt Vüqar Aslanlı da Sherg.az-a açıqlamasında ağır məktəb çantalarının get-gedə uşaqlarda bel və onurğa kimi ciddi xəstəliklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bu xəstəliklər daha çox 8-12 yaş aralığında olan uşaqlarda rast gəlinir: 


“Belə ki, ciddi bel ağrıları, skolioz, kifoz, bəzən nəfəs darlığı kimi xəstəliklər meydana çıxır. Çanta alarkən mütləq çantanın ağırlığına (içərisi boş) diqqət etmək lazımdır. Nəzərə alınmalıdır ki, uşaqların su qabı və dərslikləri də bu çəkini artıracaq.

Bel hissəsinin 5 santimetr yuxarısına qədər olan çantalara üstünlük verilməlidir. Beldən aşağı olan çantalar daha çox ağırlıq yaradır. Təkərləri olan çantalara da üstünlük verməkdə fayda var. Çanta alarkən uşağın belinə tam uyğunlaşmasına və çantanın bel kəmərlərinin olmasına fikir vermək lazımdır. Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Onu alan zaman boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri