Icma.az
close
up
RU
Belarus biznesi Azərbaycanda birgə müəssisələrin yaradılmasında maraqlıdır MÜSAHİBƏ

Belarus biznesi Azərbaycanda birgə müəssisələrin yaradılmasında maraqlıdır MÜSAHİBƏ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 may, Tamilla Məmmədova, AZƏRTAC

Belarusun Baş naziri Aleksandr Turçinin Bakıya səfəri Azərbaycan və Belarus arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair əsas məsələlər müzakirə olundu. Bu səfər birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı tədarüklərin və investisiyaların artırılması üçün yeni imkanlar açdı.

Müasir texnologiyalar və zəngin təcrübəyə malik Belarus ilə strateji ortaq mövqeyi və inkişaf potensialı olan Azərbaycan qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığı fəal şəkildə inkişaf etdirməyə hazırdır. Bu əməkdaşlığın perspektivləri və digər vacib məqamlarla bağlı belaruslu analitik, MDB Parlamentlərarası Assambleyasının eksperti Oleq Leşenyukla söhbət etdik.

AZƏRTAC müsahibəni təqdim edir:

- Belarus Baş nazirinin Bakıya səfərinin ikitərəfli iqtisadi münasibətlər baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Belarus və Azərbaycan arasında yüksək səviyyəli səfərlər, xüsusilə də iqtisadi əməkdaşlıq kontekstində, hər zaman konstruktiv xarakter daşıyır. Ölkələrimiz arasında artıq uzun müddətdir ki, prezidentlər, hökumətlər, müvafiq qurumlar və işgüzar dairələr səviyyəsində səmərəli işləyən sabit əməkdaşlıq mexanizmləri formalaşıb. Belarus-Azərbaycan hökumətlərarası iqtisadi komissiyası aktiv şəkildə fəaliyyət göstərir, yeni layihələrin irəli sürülməsi və əldə olunmuş razılaşmaların icrasına nəzarət baxımından mühüm rol oynayır. Belarus və Azərbaycan — geosiyasi məkanda oxşar baxışları və dəyərləri bölüşən etibarlı tərəfdaşlar və müttəfiqlərdir. Bu isə müxtəlif sahələrdə birgə proqramların həyata keçirilməsi və yeni ideyaların müzakirəsi üçün əlverişli zəmin yaradır.

- Sizin fikrinizcə, danışıqlarda hansı əsas iqtisadi məsələlər müzakirə olunub?

- Mənim fikrimcə, danışıqlarda əsas prioritet sənaye kooperasiyasının dərinləşdirilməsi və mövcud razılaşmalar çərçivəsində istehsal olunan məhsulların çeşidinin genişləndirilməsi məsələləri olub – xüsusilə bu, yanğınsöndürmə, kommunal və xüsusi texnikanın istehsalına aiddir. Tərəflər həmçinin daha əvvəl əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriblər. Bura Qarabağın azad olunmuş ərazilərində mənzil tikintisi, infrastrukturun və istehsal güclərinin inkişafı daxildir. Silahlı münaqişədən sonra bu ərazilərin bərpası asan məsələ deyil: bu, böyük həcmdə maliyyə yatırımları və insan resurslarının səfərbər olunmasını tələb edir. Burada yalnız fiziki infrastruktur deyil, həm də iş yerlərinin yaradılması, regionun investisiya və sosial cəhətdən cəlbediciliyinin artırılması böyük əhəmiyyət daşıyır. Belarus bu işdə mühüm rol oynaya bilər, çünki kənd yerlərinin inkişafı və tam infrastrukturla təmin olunmuş aqro-qəsəbələrin yaradılması sahəsində təcrübəyə malikdir. Belarus məhsulları Azərbaycanda artıq uzun illərdir keyfiyyətli və etibarlı brend kimi tanınır. Bu cür birgə layihələr genişmiqyaslı iqtisadi əməkdaşlığın bariz nümunəsidir və tikinti, logistika, təchizat, texnologiyalar, innovasiyalar və digər sahələri əhatə edir.

- Bu gün Belarus və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün ən maraqlı sahələr hansılardır?

- Belarus və Azərbaycan arasında iqtisadi əməkdaşlıq geniş sahələri əhatə edir və qarşılıqlı maraq getdikcə artır. Bunun bariz sübutu 5 may tarixində keçirilmiş Belarus-Azərbaycan biznes-forumudur. Forumun yekununda təxminən 19 milyon dollar məbləğində müqavilələr imzalanıb. Bunlar arasında “Mostovdrev” ASC ilə “Sosna” QSC arasında faner, laminat örtüklər və MDF lövhələrinin tədarükünə dair razılaşmalar, “Kamvol” ASC, “Smart Style” MMC və Bakı Dərzi Evi arasında parça tədarükünə dair müqavilələr, həmçinin “Spartak” ASC və AZNUR arasında qənnadı məhsullarının tədarükünə dair müqavilə yer alır.

Bundan əlavə, təkər məhsulları, aqrar-sənaye kompleksi, aviasiya elmi və texnikası sahələrində də memorandum və sazişlər imzalanıb. Məsələn, “BelOMO” holdinqinin LƏMT Elmi-Texniki Mərkəzi ilə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Bu nəticələr sadəcə maraqdan deyil, bir çox istiqaməti əhatə edən dərin və praktiki əməkdaşlıqdan xəbər verir. Artıq avtomobilqayırma sahəsində uğurlu kooperasiya nümunələri var, liftqayırma və kənd təsərrüfatı texnikası istehsalı, heyvandarlıq, südçülük və quşçuluq sahələrində birgə istehsalat layihələri işlənilir. Belə sahələrə Belarus şirkətləri böyük maraq göstərir və bu da ölkələrimizin iqtisadiyyatlarının bir-birini gözəl şəkildə tamamladığını sübut edir.

- Belarus texnologiyaları və Azərbaycanın iqlimi nəzərə alındıqda, aqrar-sənaye kompleksində əməkdaşlığı nə dərəcədə perspektivli hesab edirsiniz?

- Belarus və Azərbaycan arasında aqrar-sənaye kompleksində əməkdaşlıq son dərəcə perspektivli görünür. Azərbaycanın mülayim iqlimi geniş çeşidli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli şərait yaradır, Belarus isə aqrar sahədə böyük təcrübəyə və müasir texnologiyalara malikdir. Bu texnologiyalara mexanizasiya, aqronomiya, biotexnologiyalar, eləcə də heyvandarlıq, ət-süd və quşçuluq təsərrüfatlarının effektiv idarəetmə modelləri daxildir. Belarus tərəfi aqrar-sənaye kompleksinin inkişafına dair öz təcrübəsini, texnologiyalarını və metodologiyalarını bölüşməyə hazırdır. Bu həllər Azərbaycanın iqlim və torpaq şəraitinə uğurla uyğunlaşdırıla bilər və bu da kənd təsərrüfatının məhsuldarlığını, dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilər. Belə bir tərəfdaşlıq birgə istehsal müəssisələrinin yaradılması, təcrübə mübadiləsi və innovasiyaların tətbiqi üçün imkanlar açır ki, bu da hər iki ölkənin maraqlarına tam cavab verir.

- Azərbaycanla Belarus arasında maşınqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi və Belarus texnikasının tədarükü istiqamətində hansı imkanlar mövcuddur?

- Belarus texnikası Azərbaycanda tələbat görür və artıq fəal şəkildə ölkəyə tədarük olunur. Son danışıqların nəticəsi olaraq, kommunal texnikanın tədarükünə dair müqavilələr imzalanıb. Bu da Belarus məhsullarına sabit marağın olduğunu göstərir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də sənaye kooperasiyasının inkişafıdır – xüsusilə də Gəncə Avtomobil Zavodu kimi müəssisələr bazasında birgə istehsalatın yaradılması. Maşınqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi böyük perspektivlər açır. Birgə müəssisələrin yaradılması istehsal olunan texnikanın yerli şəraitə və bazar tələblərinə uyğunlaşdırılmasına, istehsalın lokallaşdırılmasına və nəticə etibarilə logistika xərclərinin azalmasına xidmət edəcək. Bu həmçinin əlaqədar sahələrin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkələrimiz arasında texnoloji əməkdaşlığın dərinləşməsinə təkan verəcək.

- Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsi necə inkişaf edir? Artım tendensiyası müşahidə olunurmu?

- Son illərdə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi davamlı müsbət dinamika və aydın artım tendensiyası nümayiş etdirir. Azərbaycan Belarusiyaya neft, neft məhsulları və kənd təsərrüfatı məhsulları ixrac edir. Öz növbəsində, Belarus Azərbaycana maşınlar, avadanlıqlar, ərzaq məhsulları və kimyəvi məhsullar tədarük edir. İkitərəfli ticarət həcminin artması ölkələr arasında etimadın və qurulmuş iqtisadi əməkdaşlıq modelinin effektivliyinin göstəricisidir. Bu eyni zamanda tərəfdaşlığın genişləndirilməsi, tədarüklərin şaxələndirilməsi və müxtəlif sahələrdə kooperasiyanın dərinləşdirilməsi üçün yeni imkanlar açır.

- İqtisadi əlaqələrin, xüsusən də investisiyaların artırılması istiqamətində hansı çağırışlar görürsünüz?

- Belarus ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda müsbət dinamika müşahidə olunsa da, nəzərə alınmalı olan müəyyən çağırışlar mövcuddur. Bunlar arasında qlobal neft qiymətlərindəki dalğalanmalar və ya dünya iqtisadi böhranlarının nəticələri kimi xarici iqtisadi amillər yer alır. Bu cür hadisələr hər iki ölkədə ümumi investisiya mühitinə təsir göstərə bilər. Bununla belə, qarşılıqlı maraq və siyasi dəstək olduğu təqdirdə bunlar tamamilə aradan qaldırıla bilər. Əsas məsələ normativ bazanın uyğunlaşdırılması, investorlar üçün şəraitin yaxşılaşdırılması və uzunmüddətli tərəfdaşlıq üçün dayanıqlı mexanizmlərin yaradılması istiqamətində işlərin davam etdirilməsidir.

- Belarus biznesinin Azərbaycanda birgə müəssisələrin yaradılmasına marağı varmı?

- Şübhəsiz ki, Belarus biznesinin Azərbaycanda birgə müəssisələrin yaradılmasına marağı mövcuddur. Belarus şirkətləri Bakıdakı “InterFood Azerbaijan” və “Caspian Agro” beynəlxalq sərgisində iştirak edirlər ki, bu da hər iki ölkənin işgüzar və sərgi tədbirlərində fəal iştirakını göstərir. İyun ayında isə Belarusda “Belagro” sərgisi keçiriləcək, burada da əməkdaşlığın inkişafı üçün imkanlar təqdim ediləcək. Hər iki ölkənin beynəlxalq sərgilər və biznes-forumlarda fəal iştirakı işgüzar əlaqələrin qurulmasına və ticarət əlaqələrinin genişləndirilməsinə kömək edir. Hər iki dövlət birgə müəssisələrin yaradılması təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Bu, xüsusilə aqro-sənaye kompleksləri, maşınqayırma, texnologiyalar və digər sahələr üçün aktualdır. Azərbaycandakı strateji əhəmiyyətli bazar Belarus biznesinə yalnız daxili bazara deyil, həm də bölgədəki digər ölkələrə çıxış imkanı təqdim edir ki, bu da investorlar və sahibkarlar üçün belə istiqaməti daha cəlbedici edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri