Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 6 fevral, AZƏRTAC
Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı BelTA informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, yardım daşqınların nəticələrini aradan qaldırmaq üçün Belarus dövlət başçısının tapşırığı əsasında həyata keçirilib. Humanitar yüklərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Qoruğundan ayrılmış karkas çadırları, uşaq və böyüklər üçün geyimlər daxildir.
Yük avtomobil yolu ilə Sankt-Peterburqa, daha sonra isə dəniz yolu ilə Keniyanın cənubundakı Mombasa dəniz limanına çatdırılacaq.
Qeyd edək ki, Belarus fövqəladə hallardan zərər çəkmiş ölkələrə mütəmadi olaraq humanitar yardım edir. Belə ki, 1999-cu ildən bəri 34 ölkəyə 86 dəfə beynəlxalq humanitar yardım göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















