Belarus zəlzələdən zərər çəkmiş Myanmaya 20 ton humanitar yardım göndərəcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 aprel, AZƏRTAC
Belarus zəlzələdən zərər çəkmiş Myanmaya 20 ton humanitar yardım göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin BelTA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, yardım dövlət başçısının göstərişi əsasında hazırlanıb və çadırlar, yorğan-döşək, qida kimi zəruri ehtiyaclardan ibarətdir.
Belarus fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Xudoleyevin rəhbərlik etdiyi nümayəndə heyəti Myanmaya humanitar yardımı müşayiət edəcək və burada yük yerli hakimiyyət orqanlarına təhvil veriləcək.
Yük Belarus Silahlı Qüvvələrinin İL-76 təyyarəsi ilə çatdırılacaq. Həmin təyyarənin Myanmada baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmağa kömək edən Belarus xilasedicilərini vətənə qaytarması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















