Belarus Ermənistana nota verdi Təcili
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyanı bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirmişdi.
Xatırladaq ki, Belarus və Ermənistan Aİİ və KTMT-də təmsil olunsalar da, münasibətlərində gərginlik yaşanır. Hətta Ermənistan öz səfirini geri çağırıb və diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsindədir.
Baxış sayı:132
Bu xəbər 05 May 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















