Turan Tovuz satılır? AÇIQLAMA
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkədə "Turan Tovuz" klubunun sahibi Ehtiram Quliyevin klubu satdığı və hazırda komandanı Həsən Zeynalovun idarə etdiyi barədə iddialar yayılıb.
"AzPolitika" xəbər verir ki, iddialar barədə "Turan Tovuz" Peşəkar Futbol Klubu (PFK) İctimai Birliyinin (İB) İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev Oxu.Az-ın sorğusuna cavab verib.
Onun sözlərinə görə, qurum "Turan Tovuz" PFK İB kimi fəaliyyət göstərir, Ehtiram Quliyev isə birliyin İdarə Heyətinin sədridir:
"Klubun hüquqi statusu ictimai birlikdir - "Turan Tovuz" PFK İctimai Birliyi. Ehtiram Quliyev isə İB-nin idarə heyətinin sədridir, yəni təsisçi deyil. İctimai birlik klubu sata bilərmi?!"
Qeyd edək ki, "Turan Tovuz" klubu Misli Premyer Liqasında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















