Belarus millisinin baş məşqçisi: Məqsədimiz yaxşı oynamaq, təcrübə qazanmaqdır
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əlbəttə, bütün komandalar kimi bizim də məqsədlərimiz var: yaxşı oynamaq və uşaqlara beynəlxalq yarışlarda təcrübə qazandırmaq.
"Report" xəbər verir ki, bunu Belarus futbol millisinin baş məşqçisi Dmitri Çaley komandasının qarşıdan gələn III MDB Oyunlarına hazırlığı və qarşıya qoyduğu hədəflərdən danışarkən deyib.
Çaley qeyd edib ki, komanda yola düşməzdən bir neçə gün əvvəl Minskdə toplaşıb və turnirə hazırlığa başlayıb.
O, həmçinin Azərbaycanda Belarus komandasına göstərilən səmimi qəbula görə təşəkkür edib.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Sentyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















