Yığmanın baş məşqçisi: Məqsədimiz A divizionuna vəsiqə qazanmaqdır
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalında əsas məqsədi A divizionuna vəsiqə qazanmaq olacaq".
İdman.biz xəbər verir ki, bunu Report.az-a açıqlamasında yığmanın baş məşqçisi Sahib Məmmədov deyib.
Mütəxəssis B divizionunda püşkatmanın nəticələrini də dəyərləndirib: “Belçika və Litva milliləri ilə eyni qrupa düşmüşük. Digər qrupda isə Qazaxıstan, Rumıniya, Malta olacaq. Daha əvvəl İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsində Belçika yığmasını böyük hesabla məğlub etmişdik. Amma Litvaya uduzmuşduq. Deyərdim ki, normal qrupdur. Ümid edirəm ki, maksimum nəticə ilə qrup birincisi, ən pis halda ikinci yerin sahibi kimi yarımfinala vəsiqə qazanacağıq. Yarımfinalda da digər qrupun ya birincisi, ya da ikincisi ilə qarşılşacağıq. Məqsədimiz A divizionuna vəsiqə qazanmaqdır. Eyni zamanda, hədəfimiz finalda qələbə qazanıb B divizionunun çempionu olmaqdır”.
Məmmədov komandada ciddi dəyişiklik edilmədiyini deyib: “Əlimizdən gələni edəcəyik. Demək olar ki, İspaniyada oynadığımız heyətlə İtaliyaya gedəcəyik. İnanıram ki, komanda həm A divizionuna yüksələcək, həm də Azərbaycana B divizionunun çempionu kimi qayıdacaq”.
Qeyd edək ki, Azərbaycan millisi B divizionunda Litva və Belçika komandaları ilə mübarizə aparacaq. Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Avqust 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















